Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bernulli paylanması
Bernulli paylanması — ehtimal nəzəriyyəsi və statistikada p ehtimalla 1 uğur dəyəri alır və q=1-p ehtimalı ilə 0 xəta dəyərini alır. Beləliklə, əgər X təsadufi dəyişəndirsə, bu paylanma ilə alırıq: Pr ( X = 1 ) = 1 − Pr ( X = 0 ) = 1 − q = p . {\displaystyle \Pr(X=1)=1-\Pr(X=0)=1-q=p.\!} == İstinadlar == == Xarici keçidlər == Hazewinkel, Michiel, ed.
Bernulli qanunu
Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur. ρ v 2 2 + ρ g h + p = c o n s t {\displaystyle {\tfrac {\rho v^{2}}{2}}+\rho gh+p=\mathrm {const} } Burada ρ - sıxlıq v - mayenin sürəti h - hündürlük p - təzyiq g - sərbəstdüşmə təcili İdeal mayenin elementar axını ücün basqı, başqa sözlə, pyezometrik, sürət və həndəsi basqıların cəmi axının bütün kəsikləri ücün sabit bir kəmiyyətdir. Yuxarıdakı tənlik ilə aydınlaşdırılan teoremə Bernulli teoremi deyilir. Əgər qüvvə və uzunluq vahidi uyğun olaraq kiloqram və metrlər ilə ifadə edilmişsə, onda tənliyin hər bir toplananı uyğun olaraq 1 kq mayenin enerjisini göstərir. == İdeal maye üçün Bernulli tənliyi == Bernulli tənliyi maye enerjisinin itməməsi qanununun analitik ifadəsidir. Bu da Bernulli tənliyinin fiziki mənasını təşkil edir. Bernulli tənliyi mayenin hərəkət qanunlarını öyrənən һidrodinamikanın əsas tənliyidir. Enerjinin itməməsi qanunundan yazmaq olar ki, kinetik enerji + potensial enerji = const. == Real mayenin elementar şırnaq üçün Bernulli tənliyi == İdeal mayenin һərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının һər һansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır. İdeal mayenin hərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının hər hansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır.
Bernulli ədədləri
Bernulli ədədləri — riyaziyyatda ədədlər nəzəriyyəsi ilə geniş əlaqəsi olan rasional ədədlər ardıcıllığıdır. Ədədlərin qiymətləri Rieman zeta funksiyasının mənfi tam ədədlər üçün aldığı qiymətlərə yaxındır. n 1-dən fərqli bir tək ədəd olmaq şərtilə, Bn = 0 bərabərliyi mövcud olur. B1 isə 1/2 ya da -1/2 qiymətini alır. Sıfırdan fərqli bir neçə Bernulli ədədi aşağıda göstərilmişdir. Bernulli ədədləri riyaziyyatçı Yakob Bernullinin adını daşıyır.
Daniil Bernulli
Daniil Bernulli (ing. Daniel Bernoulli; d.8 fevral, 1700 – ö.17 mart, 1782) — isveçrəli alim; riyazi fizikanın əsasını qoymuşdur. == Həyatı == Daniil Bernulli dövrünün təbiətşünaslıq elmlərinin bütün sahələrinin inkişafında böyük xidmətləri olmuşdur. Məşhur "Hidrodinamika" əsərinin müəllifidir (1738-ci il), riyaziyyatçı kimi sıralar nəzəriyyəsi sahələrində işləmişdir. İohann Bernullinin oğludur. == İstinadlar == == Ədəbiyyat == Mangold, Max (1990) Duden — Das Aussprachewörterbuch. 3. Auflage. Mannheim/Wien/Zürich, Dudenverlag. == Xarici keçidlər == "Bernoulli Daniel".
Yakob Bernulli
Yakob Bernulli (ing. Jacob Bernoulli; d. 6 yanvar, 1654, İsveçrə – ö. 16 avqust, 1705, İsveçrə) — isveçrəli riyaziyyatçı. İohann Bernullinin qardaşıdır. Leybnisin sonsuz kiçik kəmiyyətlərin hesablama üsullarını inkişaf etdirmişdir Ehtimal nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük ədədlər qanununu ən sadə hal üçün isbat etmişdir. Variasiya hesabının yaradıcılarından biridir. 6 yanvar 1654-cü ildə İsveçrədə doğulub. 16 avqust 1705-ci ildə İsveçrədə vəfat etmişdir.
İohann Bernulli
İohann Bernulli (ing. Johann Bernoulli; d. 6 avqust 1667, İsveçrə – ö. 1 yanvar 1748, İsveçrə) — isveçrəli riyaziyyatçı, Yakob Bernullinin qardaşı; diferensial və inteqral hesabını yaradanlardan biridir; variasiya hesabının əsasını qoymuşdur; riyazi analizin üsullarını tətbiq etməklə mexanikanı zənginləşdirmişdir. 6 avqust 1667-ci ildə İsveçrədə doğulub. 1 yanvar 1748-ci ildə İsveçrədə vəfat etmişdir.
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.