Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit - tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Bombey
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Bombyx
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədi ilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Bomont
Bomont — Texas ştatının cənub-şərqində (ABŞ) yerləşən şəhər Hyuston-dan 125 km şərqdə və Luiziana ilə 35 km qərb sərhədində, Neçes çayının qərb sahilində yerləşir. == Ümumi məlumat == Bomont Jefferson County mərkəzi rayonudur. ABŞ-nin siyahıyaalma bürosuna əsasən, 2010 — cu ilin siyahıyaalmasına görə Bomont əhalisi 118 296 nəfər təşkil edirdi. 1881-ci ildə şəhər statusunu almışdır. Texas şəhərləri arasında Bomont sakinlərin sayına görə 24-cü yerdədir. İkinci Dünya müharibəsi zamanı Bomont böyük bir gəmiqayırma mərkəzinə çevrildi. 19-cu əsrin sonlarında çay portu, çəltiktəmizləmə və ağac emalı sənayesi mərkəzi idi. 20-ci əsrin əvvəllərindən neft hasilatı (1933-cü ilədək) və neftayırma, kükürd hasilatı (1950-ci ilədək) mərkəzidir. Lamar universiteti (1923), Tarix kitabxanası (1926); "Klifton stimbot" (hərbi-tarix, 1836), Texas yanğınsöndürənləri (1927) muzeyləri, Cənub-Şərqi Texas rəssamlıq muzeyi, Bomont rəssamlar ittifaqı (rəsm qalereyası), T.A.Edison muzeyi, C.Cey muzeyi (Texasın ilk sakinlərinin həyatını əks etdirən ekspozisiya), Enerji muzeyi (Spindltop neft yatağının tarixi), Qladis-Siti ("neft həyəcanı" dövrü şəhərciyinin ekspozisiyası) və s. muzeylər fəaliyyət göstərir.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Bobbi-Bobbi
Bobbi-Bobbi – Avstraliyanın şimal ərazilərində məskunlaşmış Binbinqa adlı aborigen qruplarının miflərində keçən fövqəltəbii varlıq. == Əfsanə == Bobbi-Bobbi "yuxu zamanı" mifoloji erasında göylərdə yaşayırdı. O Əlvan İlana bənzər nəhəng ilan idi və əvvəllər insanlara müsbət yanaşırdı. Göylərdən o görür ki, həyatda qalmaq üçün insanlara təkcə su yetmir. Buna görə də o insanlar üçün uçan tülküləri (yarasa növü) yaradır ki, sonuncular onları tutub yeyə bilsin. Tülkülər insanların onları tuta bilməyəcəyi yüksəklikdə uçmağa başladıqda, Bobbi-Bobbi qabırğalarından birini çıxararaq insanlara verir və onlar qabırğanı tarixdə ilk bumeranq kimi istifadə edirlər. Deyilənlərə görə, bəzi insanlar verilən bu hədiyyələrədən razı deyildilər və səma cənnətinin necə olduğunu görmək istəyirdilər. İki kişi göydə keçid açıb Bobbi-Bobbiyə təşəkkür etmək adı ilə qabırğa-bumeranqı elə güclə atırlar ki, o buludlarda nəhəng dəlik açır. Bobbi-Bobbi çox qorxduğundan bumeranqı tuta bilmir və o geri qayıdaraq kişiləri öldürür. Bununla ilk dəfə Ölüm insan oğlu ilə tanış olur.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Zombi
Zombi — Vudu inanc sistemində ölümsüz insandır. Bu folklorik zombilər fövqəltəbii güclər və şamanistik həkimliyi vasitəsiylə, yaşayanlar arasında qorxu yaratmaq məqsədilə ölü insan bədənlərinin yenidən canlandırılmasıdır. Zombilərin daha qorxunc versiyaları adamyeyənlik vəziyyəti istifadə edilərək qorxu kinosunda tez-tez sərgilənməkdədir. Ayrıca bu cür varlıqlar vamirlər ilə eyni tutumdadır. Müasir dövrdə zombilərin reklam paradı adlanan Zombi-mod (ing. Zombie walk) paradı keçirilir. Burada bədəni çoxlu qrimlənmiş insanlar iştirak etmişdir. İlk zombi paradı Kaliforniyada 19 avqust 2001-ci ildə keçirilmişdir.. Türk mifologiyasında Xortlaq kimi tanınır. == Vudu Zombiləri == Vudu inancına görə ölü, bir insan və ya mambo tərəfindən yenidən dirildilə bilər.
Bembi
Bembi (ing. Bambi) — 1942-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 5-ci cizgi filmi. İlk nümayişi 13 avqust 1942-ci ildə təqdimatı olmuş və 2 milyon dollardan artıq gəlir gətirmişdir. Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 1 mart 2005-ci ildə "Bembi" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2006-cı ildə Disney studiyası filmin sikvelini — "Bembi 2" cizgi filmini təqdim etmişdir. 1 mart 2011-ci ildə "Bembi" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Con Sazerlend — Bembi Bobbi Styuart / Donni Danagan / Hardi Olbraĭt — gənc Bembi Paula Uinslou — Ana Bembi / Qırqovul Piter Ben / Sem Edvards — gənc Thumper Tim Devis — Thumper Sterling Hollouey — Gül Stan Aleksandr — gənc Gül Vill Rayt — Dostuna Bayquş Enn Gillis — Felin Kammi Kinq — gənc Felin Fred Shilds — Böyük Şeyx dair meşə Margaret Li — Mrs. Rabbit == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Bembi — Internet Movie Database saytında.
Bombax pyramidale
Ochroma pyramidale (lat. Ochroma pyramidale) — əməköməcikimilər fəsiləsinin ochroma cinsinə aid bitki növü.
Bombey adası
Bombey adası (ing. Isle of Bombay) — Hind okeanında yerləşən adalar qrupu. Hindistan ərazisində yerləşmişdir. Yeddi Bombey adaları arxipelaqına daxil olan adadır. == Yeddi Bombey adası == Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur.
Bombey tətili
Bombey tətili(1908) — Hind proletiriatının ilk böyük siyasi çıxışı. Səbəbi İngiltərə müstəmləkə orqanlarının iyulun 22-də hind milli inqilabi demokratik hərəkatının rəhbəri Tilakı 6 il katorqa cəzasına məhkum etməsi idi. İyulun 23-də Bombey fəhlələri ümumi siyasi tətilə başladı, şəhər əhalisi isə iyulun 29-dək hartal elan etdi. 100 min nəfərin iştirak etdiyi Bombey tətili Tilaka verilən cəzanın hər ilinə bir gün hesabı ilə, 6 gün çəkdi. Bombey tətili 1905-1908-ci illər hind milli azadlıq hərəkatında çox mühüm mərhələ oldu.
Kombat (qəzet)
Kombat — İkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet. == Tarixi == Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi.Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol Sartr və Raymon Aron da var idi.Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi. Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. == Tarixi == "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Qambit (komiks)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. == Nəşr olunma tarixi == Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qambit (personaj)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. == Nəşr olunma tarixi == Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qambit (şahmat)
Qambit — Şahmat termini Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. == Sinoninləri == Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Somxit livası
Somxit livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Somxit idi. Somxit livası nahiyəyə bölünürdü.
Bombyx mori
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.