Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Branicia
Yakobeya (lat. Jacobaea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Adonigeron Fourr. Branicia Andrz. ex Trautv. Herbichia Zaw. Willkommia Sch.Bip.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Bransa
Bransa (fr. Bransat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03038. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 513 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə 343 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.5%). Fəal olan 253 nəfərdən 223 nəfəri (114 kişi və 109 qadın), 30 nəfəri işsiz (21 kişi və 9 qadın) idi.
Branta
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Bistrişko Branişte
Bistrişko Branişte (bolq. Бистришко бранище) — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır. Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur. Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir. Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir. == Mənbə == BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.
Karlotta Briantsa
Karlotta Briantsa (it. Carlotta Brianza), doğum adıyla Karolina Alis Briantsa (it. Carolina Alice Brianza; 1 aprel 1865, Milan – 25 iyun 1938, Klişi-la-Qarenn[d]) — italyan balet rəqqasəsi. 1890-cı ildə Mariinski teatrında Yatmış gözəl baletinin premyera ifaçılarından biri idi.
Branta albifrons
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Branta ruficollis
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Montsa-Briantsa əyaləti
Montsa-e-Briantsa əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Montsa-e-Briantsa əyaləti
Montsa-e-Briantsa əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.