Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Aleksandr Abroskin
Aleksandr Abroskin (rus. Александр Александрович Аброскин; 23 aprel 1987, Rostov-na-Donu) - Rusiya futbolçusu. == Karyera == Abroskin Rusiyanın futbol üzrə II divizionunda çıxış edən Bataysk 2007 klubunun şərəfini qoruyur. futbolçu futbolun sirrlərini Nika klubunda öyrənib. 2008-ci ildə Nikanın əsas heyətinə cəlb olunub və 30 oyunda 9 qol vurub. 2009-cu ildə Bataysk-2007-ə transfer olunub və meydana çıxdığı 32 oyunda 6 dəfə rəqib qapıçıları məyus edib.
Ploskiy adası
Ploskiy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 25 km cənubda yerləşir. Daxil olduğu qrupun cənubunda yerləşir. 4,65 km şimalda Sredniy adası, 1,1 km aralıda isə Qreben adası yerləşir. Ploskiy adası ovalvari formaya malik olan, elə də böyük olmayan adadır. Adanın uzunluğu 1,5 km, eni isə 800 metr təşkil edir. Maksimsl hündürlük 24 metrdir. Şimal-qərb sahillərində kiçik adacıqlar vardır. Adaclq 150 m uzunluğa sahibdir.
İosif Brodski
İosif Brodski (rus. Иосиф Бродский; 24 may 1940[…], Leninqrad – 28 yanvar 1996[…], Bruklin, Nyu-York ştatı) — yəhudi əsilli görkəmli RSFSR və ABŞ şairi, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987). Yəhudi əsilli rus-amerikan şairi İosif Aleksandroviç Brodski Leninqradda (indiki Peterburq), fotoqraf ailəsində doğulmuşdu. Uşaqlıq illəri Leninqradın blokadası, müharibədən sonrakı yoxsulluq və ehtiyac dövrünə təsadüf etmişdi. Yeddinci sinifdən sonra məktəbi ataraq zavodda tornaçı şagirdi olmuşdu. Bu bir tərəfdən valideynlərinə maddi kömək etmək arzusu ilə bağlı idi. Digər tərəfdən isə İosif Brodski ayrı-ayrı müəllimlərin timsalında üzləşdiyi antisemitizmə etirazını bu yolla bildirmişdi. Dənizçilik məktəbinə daxil olmaq cəhdləri boşa çıxdıqdan sonra o, matros, qazançı, geoloji ekspedisiyada fəhlə kimi müxtəlif peşələr dəyişmişdi. Bir müddət həkim olmaq fikrinə düşmüş və təcrübə toplamaq üçün Leninqraddakı məşhur Kresti həbsxanasının ölüxanasında işə düzəlmişdi. Ali məktəbdə oxumaq imkanından məhrum olsa da, bütün bu illər ərzində İosif Brodski sərbəst şəkildə, ardıcıllıq və inadla təhsili ilə məşğul olurdu.
İsaak Brodski
İsaak İzraileviç Brodski (rus. Исаак Израилевич Бродский; 25 dekabr 1883 (6 yanvar 1884) – 14 avqust 1939[…], Leninqrad[…]) — rus rəssamı, RSFSR əməkdar incəsənət xadimi (1932). Tanınmış rəssam, SSRİ xalq rəssamı Viktor Oreşnikov onun şagirdi olmuşdur. "İsti gün" (1908), "Fontan" (1909), "Qış" (1913), "Nağıl" (1910–1911), "İtaliya" (1910–1911). "Hacı Zeynalabdin Tağıyevin portreti" (1912), "V.İ.Lenin və Manifestisiya" (1919), L.D.Troskinin portreti (1921) Q. E. Zinovyevanın portreti(1921) M.İ.Kalininin portreti (1921) A.V.Lunçarskinin portreti (1921) "V.İ.Lenin Kremlin fonunda" (1924), "V.İ.Lenin Valkovstroyanın fonunda" (1926), İ.V.Stalinin portreti (1928), K.E.Voroşilovanın portreti (1929, 1931), M.V.Frunzenin portreti (1929), V.İ.Lenin Smolnıda (1930), V.R.Menjinskonun portreti (1932), V.M.Molotovun portreti (1933), S.M.Kirovun portreti (1934), V.V.Kuybışevin portreti (1935), A.A.Jdanovun portreti (1935), L.M.Kaqanoviçin portreti (1935), Q.K.Orconikidzenin portreti (1936) M.Qorkinin portreti (1929). "Kominternin II konqresinin təntənəli açılışı" (1920–1924), "26 Bakı kommisarının güllələnməsi" (1925).
Maks Bröske
Maks Bröske (alm. Max Bröske‎; d. 25 iyul 1882, Köniqsberq - ö. ?) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Ruskiy adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.