Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. == Ümumi məlumat == Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Buqut abidəsi
Buqut yazısı — Monqolustan Xalq Respublikası sərhədləri daxilində Buqut dağı yaxınlığındakı bir ovada ucaldılmış, I Göytürk xaqanlığı dövrünə aid dikli daş.Bilinən qədim türk bengi daşlarındandır. 572-580-ci illər arasında keçən tarix hadisələrdən bəhs edildiyi bioqrafik və didaktik əsərdir.Adını Arhanqay Aymaq elinin Bayn Tsaqaan Gol (Müqəddəs Bəyaz göl) bölgəsindəki Buqut dağından almışdır. Bu dağın təxminən 10 km şərqindəki geniş ovada inşa edilmişdir. Birinci Göytürk xaqanlığı dövrünə aid xatirə məzar külliyyəsindəki əsərlərdəndir. Abidə tısbağa formalı daş üzərində oturdulmuşdur.Abidənni yeri 1956-cı ildə monqol elm xadimi Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Buqut abidəsi və bu abidəyə aid tısbağa formalı daş bu gün Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə nümayiş etdirilir. == İçindəkilər == I Göytürk xaqanlığı dövrünə aid abidənin üç üzündə Soqd hərfləri ilə yazılmış soqdca mətni, bir üzündə isə brahmi hərfləri ilə yazılmış sanskritçə mətn əks olunmuşdur. Mətnlərdə 572-580-ci illərdə baş vermis tarixi hadisələrdən bəhs edilməkdədir. Sözü gedən tarixi hadisələrə daxildir: “Türk/Bilgə/Xaqanı Nivarın Mahan Tiginin ölümündən sonra bir bengü daşın dikilməsini buyurması”, “Mahan Tigin və Muhan Xaqanın ortaq hökmdarlıqları”, “Mahan Tiginin taxta çıxışı”, “Mahan Tigin ilə Ttapar Xaqanın ortaq hökmdarlıqları”.
Buxus angustifolia
Buxus arborescens
Buxus argentea
Buxus aurea
Buxus caucasica
Buxus colchica
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT == Təbii yayılması == Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.
Buxus crispa
Buxus cucullata
Buxus elegantissima
Buxus fruticosa
Buxus handsworthii
Buxus hyrcana
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.
Buxus macrophylla
Buxus marginata
Buxus mucronata
Buxus myrtifolia
Buxus rosmarinifolia
Buxus salicifolia
Buxus suffruticosa
Buxus tenuifolia