Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Buyeo krallığı
Buyeo krallığı — Mancuriyadan Şimali Koreyaya qədər əraziləri əhatə edir və e.ə. II əsrdən 494-cü ilə qədər mövcud olmuşdur. Bu krallığın qalıqları 494-cü ildə Goguryeo krallığı tərəfindən mənimsənilmişdir. Ancaq Goguryeo krallığı və Bekçe krallığının hər ikisi özünü bu dövlətin varisi hesab edib. Mənbələrin mübahisəli olmasına baxmayaraq Dongbuyeo (Şərqi Buyeo) eramızdan əvvəl 86-cı ildə Bukbuyeodan (Şimali Buyeo) sonra qurulmuşdur . Buyeo dövləti Bekçe dövlətinin tərkibinə daxil edilmişdir və 538-ci ildə Bekçe krallığı özünü Nambuyeo (Cənubi Buyeo) adlandırmağa başlamışdır.
Dmitri Buynov
Dmitri Buynov (6 avqust 1859, Bakı – ən tezi 1916) — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaziyasının binasının müəllifidir. == Həyatı və fəaliyyəti == Dmitriy Buynov 6 avqust 1859-cu ildə Bakıda anadan olub. Onun atası 2-ci Bakı xəzinədarlığı şöbəsinin müdiri olub. İlk təhsilini Bakı real məktəbində alıb. 1878-ci ildə Tikinti məktəbinə daxil olur buranı 1884-cü ildə bitirdikdən sonra birinci dərəcəli mülki mühəndis rütbəsi alır. Əmək fəaliyyətinə Volınsk quberniyasında kiçik mühəndis kimi başlayıb. Burada 1884-1886-cı illərdə Ostroq şəhərində Viliyu və Qorın çayları üzərində 5 taxta körpü inşa edir.1886-cı ildə Bakı quberniya idarəsinin tikinti şöbəsində fəaliyyət göstərməyə başlayır. 1889-cu ildə titulyar məsləhətçi rütbəsini alır. 1893-cü ildə Dmitriy Buynov Bakı quberniya memarı təyin olunur.
Santyaqo Bueno
Santyaqo İqnasio Bueno Ssiutto (isp. Santiago Ignacio Bueno Sciutto; 9 noyabr 1998, Montevideo, Uruqvay) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda müdafiəçi kimi çıxış edən peşəkar Uruqvay futbolçusudur. == Bioqrafiya == Bueno peşəkar karyerasına paytaxt klubu olan Penyarol klubunda başlamışdır. Erkən illərində Santyaqo klubunda çıxış etdikdən sonra Penyarolun əsas komandasına qoşulmuşdur. Lakin bu klub ilə heç bir rəsmi oyuna çıxmamışdır. Bueno 2017-ci ilin əvvəllərində İspaniya klubu olan Barselona klubu ilə 2019-cu ilə qədər müqavilə imzalamışdır. Transferin dəyəri isə 1 milyon avro olmuşdur. 2018-ci ilin yanvar ayında Bueno Peralada-Jirona B klubuna icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno Boliviya, Çili, Kolumbiya, Braziliya, Paraqvay və iki dəfə Argentina və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno‎; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir. Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur.Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı. Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək. == Karyerası == === Təhsili === Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir. Bueno eyni zamanda R&B musiqisinin bəstəkarıdır, aktyorluq, rəqs və mahnı oxumaq üçün xüsusi kurslar keçmişdir.
Jan Batist Buyo
Jan Batist Buyo (fr. Jean-Baptiste Bouillaud) - fransız terapevti, ürək xəstəliklərinin semiotikası haqqında təlimin banisi; Fransa Elmər Akademiyasının 1868-ci ildən üzvü. Tibb təhsilini 1823-cü ildə Paris Universitetində almışdır. Parisin Şarite xəstəxanasında daxili təbabət kafedrasının proffesoru, Sorbonnada tibb fakültəsinin dekanı olmuşdur. Klinik və patolo jianatomik müşahidələrini müqayisə etməklə ürək qüsurlarının diferensial diaqnostikasının əsasını yarat mışdır. 1835–1840-ci illərdə nəşr olunmuş klassik əsərlərində kəskin endokarditi təsvir etmiş və göstərmişdir ki, revmatizmin əsas hədəfi oynaqlar deyil, ürəkdir. Bununla da revmatizmin sistem xəstəliyi kimi müasir izahına qəti dönüş başlanmışdır. Həmçinin ürəyin səyirici aritmiyasını, çapma ritmini təsvir etmişdir. Jan Batist Buyo öz tibbi fəaliyyəti nəticəsində klinik məktəb yaratmışdır. Fəxri Legion ordeni ilə təltif edilmişdir.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Bucco
Bucco (lat. Bucco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. == Zəfəranlı bulyon == === Tərkibi === Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. === Hazırlanma qaydası === Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Buynuz
Buynuz — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır. == Əhalisi == Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır. == İnfrastruktur == 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Quano
Quano – quru iqlim şəraitində dəniz qurşaqlarının peyin yatağıdır. Yaxşı gübrədir. Çili və Peru sahili yaxınlığındakı adalarda, Karib dənizindəki adalarda böyük quano yataqları vardır.. Quanin ilk dəfə quanodan əldə edildiyi üçün bu çür adlandırılmışdır.
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Akritas burnu
Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur. Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir. Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır. Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir.
Amadok burnu
Amadok burnu (Nos Amadok \'nos a-ma-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Bransfild boğazı sahillərindən cənubda yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun E.ə 415-384-cü illərdə Frakiya hökmdarı olan Amadokun adını daşıyır. == Yerləşməsi == Burun Elefant burnundan 2 km şimal-qərbdə, Klark nunatakından 1.8 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Astafev burnu
Astafev burnu — Naxodka buxtasının şərq girişində, Trudnı yarımadası sahilində yerləşən burun. Burun 1859-cu ildə kəşf edilmiş və xəritəyə salınmışdır. 1860-cı ildə isə «Amerika» gəmisinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. Burun Naxodka şəhərinin eyni adlı mikrorayonunda, Astafev küçəsində yerləşir. Burun ərazisində Astafev bur stansiyası, Naxodka dəniz ticarət limanı, Astafev terminalı, Noxodka körfəzinə nəzarət edən radiotexniki post, 19 m hündürlüyə malik mayak, sərhəd qoşunlarına aid zastava və gəmilərin dayanacaq məntəqəsi yerləşir. Yarımadanın şərq hissəsində, açıq dənizə baxan ərazidə çimərlik vardır. Astafev stansiyası Moskvadan ən uzaqda yerləşən sərnişin stansiyasıdır. Burundan 800 m aralıda batmış gəmi vardır. == Tarixi == Burun 1860-cı ildə rus hidroqrafı, «Amerika» korvetinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. 1859-cu ildə Naxodka buxtasını ilk kəşf edənlər burada koreyalılara aid qəsəbə və kişik qayıqların yan alması üçün sal müəyyən edirlər.
Avropa burnu
Avropa burnu (ing. Europe Point, isp. Punta Europa) — Cəbəli-Tariqnin cənubunda yerləşən burun. Burunda hərbi istehkam, dini tikili və Stanislav Sikorskinin memorialı yerləşir. Yarımadanın şərqi boyunca Dadli Uort tuneli keçir.
Ayya burnu
Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər. == Ədəbiyyatda və incəsənətdə == Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur. Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Aşağı Buyin
Aşağı Buyin- İranın Kürdüstan ostanının Banə şəhristanının Nanur bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,069 nəfər və 206 ailədən ibarət idi.