Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.
Silviya Volbi
Silviya Tereza Volbi (ing. Sylvia Theresa Walby; 16 oktyabr 1953) — Britaniya sosioloqu. O, sosiologiya üzrə professor, London Şəhər Universitetində Zorakılıq və Cəmiyyət Mərkəzinin direktorudur. Volbi sosiologiya sahəsində fərqləndiyinə görə Belfast Kraliça Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. O, məişət zorakılığı, patriarxat, iş yerində gender münasibətləri və qloballaşma sahələrində fəaliyyəti ilə seçilir. Volbi Gender Bərabərliyi Araşdırmalar Şəbəkəsinin (GENIe) koordinatorudur. Qurumun məqsədi tədqiqat yolu ilə gender bərabərsizliyini anlamaq və azaltmaq üçün bilik bazasını inkişaf etdirməkdir. Volbi YUNESKO-nun gender araşdırmaları üzrə ilk sədridir və YUNESKO-nun Gender Araşdırmaları Qrupunda əlaqəli sədrini əlaqələndirir. O, 2008-ci ildə bu vəzifəyə təyin edilmişdir. Walby, Sylvia; Lancaster Regionalism Group.