Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Velanay
Velanay (tam. ஊர்காவற்துறை) — Şri-Lanka adasından şimalda, Cafna yarımadası sahillərində yerləşən ada. Adanın sahəsi 64,1 km², əhalisi isə 16 300 nəfər təşkil edir. Adada 9 bölgə təşki olunmuşdur. Adanın ən böyük yaşayış məntəqəsi Keyts şəhəridir. Digər yaşayış məntəqələri: Allaypadi, Mankumnam, Velani, Saravanay, Pulyankudal, Suruvil, Narantanay, Karampan. Velanay əhalisinin böyük qismi hindu dininə etiqat edir. Azlıq isə islam və xristiandır. Burada bir necə hindu məbədi, kilsə və məscid vardır. Ada qospital, 10 məktəbə sahibdir.