Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aliaksandr Venskel
Velikiy Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Lenski təcrübəsi
Lenski təcrübəsi — Riçard Lenski və qrupunun başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırması ilə etdikləri təcrübi təkamül çalışmasıdır. Bununla bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 fevral 1988 tarixində başladılmışdır. == Təcrübi yanaşma == Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, beləliklə Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayı təxminən 1000-ə qədər olur. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. == Metodlar == Lenski bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə böyüyən populyasiyanın 1%-ni yeni bir qab içərisinə yerləşdirərək, "1 nəsil" olaraq işarələdi.
Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il" və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə" və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Riçard Lenski
Riçard Lenski (13 avqust 1956-cı il) — Amerikalı təkamülçü bioloq. Oberlin Kolleci məzunudur və doktorluğunu Şimali Karolina Universitetində müdafiə etmişdir. Hal-hazırda Miçiqan Dövlət Universitetində dərs deyir. 1996-cı ildə prestijli elm mükafatı MacArthur Fellowshipi qazanmış, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının üzvü seçilmişdir. 17 fevral 2010 tarixində Milli Elmlər Akademiyası Təkamülü Müşahidə Araşdırmaları Elm və Texnologiya Mərkəzini qurmuşdur. Lenski son vaxtlarda təkamül və elm düşmənlərinin sıx müraciət etdiyi və Viki Vəqfinə aid "wiki Conservapedia"nın qurucusu və sahibi Andrew Schlaflyı ictimai platformada etdikləri məktublaşmada qəti bir zəfərlə susdurması və elmi bilməyənlərin elmlə başa çıxa bilməyəcəyini göstərməsiylə məşhurdur.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Oleq Veşiy
Oleq (Oleq Veşiy Veşiy-gələcəyi görən; qəd-rus Ольгъ; ən geci 879, İsveç – 912, Kiyev) — Varyaq. Novqorod və Kiyev Knyazı. Qədim rus dövlətinin yaradıcısı kimi tanınır. Oleq haqqında iki bioqrafik məlumat var. Bioqrafiyanın yalnız biri "Müvəqqəti illər hekayəsi" bizim günlərimizə gəlib çatıb. Hekayəyə əsasən Oleq Kiyev Rus Knyazlığını yaradan Rüriklə eyni tayfadan olublar. Bəzi məlumatlara görə Rurik Oleqin yoldaşının əri idi. 879-cu ildə Rürikın ölümündən sonra Rürikın oğlu olan İqorun hələ körpə olduğuna görə Oleq Novqorodda knyazlıq etməyə başlayır. İlk novoqorod hekayəsi — М.-L.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950. — 659 səh.