Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür.Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür. Xəmir ərsininin dəstəyi kiçik olur və onun ucuna asmaq üçün bəzən halqa salınır.
Adi mərsin
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. == Əhəmiyyəti == Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. == Müalicəvi xüsusiyyətləri == Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Cır mərsin
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mersin ili
Mersin ili — Türkiyədə il.
Mixail Perşin
Mixail Perşin (19 oktyabr 1989-cu ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Nikita Perşin
Nikita Fyodoroviç Perşin (rus. Никита Фёдорович Першин; 13 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Perşin öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Soli (Mersin)
Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər. == Məskunlaşma == Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir. == Tarixi == Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi. Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə.
Vərdin (Vərziqan)
Vərdin (fars. وردين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 496 nəfər yaşayır (98 ailə).
Vərdin (Əhər)
Vərdin (fars. وردين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (16 ailə).
Akdəniz (Mersin)
Akdəniz (türk. Akdeniz) — Mersin ilinin ilçəsi.
Ersin Erçin
Ersin Erçin — Türkiyə diplomatı, Türkiyənin Braziliyadakı səfiri. 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində çalışmağa başlayan Ersin Erçin qurumun Ankaradakı müxtəlif idarələrində, o cümlədən iqtisadi əlaqələr, beynəlxalq təhlükəsizlik, hərbi münasibətlər və tərksilah, Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri İşləri və s. departamentlərdə işləyib. Bununla belə o, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, BMT-də Türkiyənin nümayəndəsi olub, Xartum və Dəməşqdəki səfirliklərdə çalışıb. 2009-cu ildə o, Türkiyənin Braziliyadakı səfiri vəzifəsinə təyinat alıb. E.Erçin eyni zamanda Türkiyə prezidenti Abdulla Gülün Avropada təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsidir. Türkiyə prezidenti Abdulla Gül tərəfindən ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitində E.Erçinin namizədliyini irəli sürməsi gözlənilir.
Ersin Tatar
Ersin Tatar (1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Verin Oratağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. == Əhalisi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Yaroslav Veşin
Yaroslav Veşin (23 may 1860[…] – 9 may 1915, Sofiya, Bolqarıstan krallığı) - çex rəssamı. == Həyatı == XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi. Yaroslav Franti Veşin 23 may 1860-ci ildə anadan olmuş Bolqarıstanda işləmiş Çex rəssamı idi.O, portret janrın ustası kimi, Balkan müharibəsinə həsr etdiyi əsərində döyüş səhnələrini realistcəsinə təsvirini vermişdir. Veşin Çexiyanın Vraniya şəhərində dünyaya göz açmışdır, həmin şəhər indiki Mərkəzi Bohemiya regionun Kladno şəhəridir. O, ilk təhsilinin Praqa İncəsənət Akademiyasından alaraq sonra 1881-ci ildə təhsilini Münhen Rəssamlıq akademiyasında davam etdirmişdir.1883-cü ildə buranı bitirir. Ali təhsil alandan sonra Y.Veşin Münhendə və Slovakiyada işləməyə başlayır.Onun burada işlədiyi dövrdə Solvak kənd həyatı ilə bağlı gözəl rəsım əsərlərini yaradır. Y.Veşin 1897-ci ildə Bolqarıstana gəlir və ömrunun sonona kimi burda çalışmağa başlayır.1904-cü ilə qədər Sofiya Milli incəsənət Akademiyasında professor kimi rəssamlıq üzrə işləyir.Burada gözəl sənət əsərləri yaradır. "Kəndli" (1899), "Radomir" (1897), " Sofiyada" (1899) "At bazarı" (1899) və əsrləri omum bolqarıstanda yaşadığı dövrun məhsullarıdır. 1904-ci ildə Akademiyada Baş rəssam oldu.Ounu yaradıcılığın sonrakı əsərləri "Kömürçü" (1910), "Od doğrayanlar" (1910), "Ovçu və İtlər" (1911) və digərlərini göstərmək olar.
Ərsin Sanər
Ərsan Sanər (Hamza Ərsan Sanər; 1966, Famaqusta) — Kiprli Türk siyasətçidir. Dekabr 2020-dən bəri Sanər Hökumətinin başçısı olarağ Şimali Kipr Türk Cumhuriyyətində baş nazir vəzifəsini yerinə yetirir.
Ərsin Tatar
Ersin Tatar (1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Ersin Destanoğlu
Ersin Destanoğlu (1 yanvar 2001, Qaziosmanpaşa, İstanbul ili) — Türkiyə Super Liqasında çıxış edən Beşiktaşın qapıçısı. == Klub karyerası == === Bayrampaşa === Ersin futbola 11 yaşında Bayrampaşa akademiyasında başlayıb. 1 mövsümdən sonra Beşiktaş gənclər akademiyasına gedib. === Beşiktaş === 2013-2017-ci illərində "Beşiktaş"ın gənclər komandasında çıxış edən Ersin 8 sentyabr 2017-ci ildə "Beşiktaş"la peşəkar müqavilə imzalayıb. 2018-19 mövsümündə U-19 Elit İnkişaf Liqasında 18 oyun keçirən Destanoğlu, 2020-ci ilin iyununda Loris Karius'un komandadan ayrılmasından sonra komandanın əsas qapıçısı olub. Destanoğlu Beşiktaş'ın heyətində ilk peşəkar matçına 13 iyun 2020-ci ildə keçirilən "Antalyaspor" -"Beşiktaş" matçında çıxıb. Matç "Antalyaspor"un 2–1 hesablı qələbəsi ilə başa çatıb.O , 2020-21 mövsümündən bəri müntəzəm olaraq "Beşiktaş" da əsas heyətdə çıxış edir. == Milli komanda karyerası == Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-19 və Türkiyə U-21 milli komandalarında toplam 23 matça çıxıb. == Karyera statistikası == 16 yanvar 2023 tarixində yenilənib1. ^ Türkiyə Kuboku daxildir.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], oxunuşu) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cu ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Erskin
Erskin (ing. Erskine) — Şotlandiyada şəhər.
Heroin
Heroin və ya Diasetilmorfin (diamorfin) – XIX-XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növüdür.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Kerosin
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Sərein
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.