HAY

1. Çağırışa cavab.

2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq. (“Koroğlu” dastanının lüğəti)

Dialektlərdə kömək, xəbər mənalarında da işlənir. 

Hay düşdü şəhərə. (“Koroğlunun Dərbənd səfəri”)

*

Baxmaram düşmən hayına,

Haqq bəla versin xayına,

İgid igidin payına

Köndələn düşməmək gərək.

                            (“Koroğlu ilə Dəli Həsən”)

HAVAR ƏRƏB
HAY-HAY
OBASTAN VİKİ
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Ben-Sion Meyr Hay Uziel
Ben-Sion Meyr Hay Uziel (ivr. ‏בן ציון מאיר חי עוזיאל‏‎; 23 may 1880, Qüds – 4 sentyabr 1953, Qüds) – 1939–1948-ci illərdə Fələstin mandatının, 1948–1953-cü illərdə İsrailin baş ravvini. Səfərad yəhudilərinə mənsub olmuşdur. == Həyatı == Ben-Sion Meyr Hay Uziel 23 may 1880-ci ildə Qüds şəhərində doğulmuşdur. Atası Cozef Rafael Uziel Qüds şəhərində səfərad icmasının baş ravvini idi. Uziel 1911-ci ildə Yaffa şəhərindəki səfərad icmasının ravvini təyin olunmuşdur. Lakin təqib edilən yəhudilərə kömək etdiyi üçün Birinci Dünya müharibəsi zamanı türklər tərəfindən sürgün edilmişdir. 1921-ci ildə Salonikinin baş ravvini təyin olunmuş, 1923-cü ildə Tel-Əvivin baş ravvini olmaq üçün Fələstinə qayıtmışdır. 1939-cu ildə İsrail Torpağının baş ravvini təyin olunmuşdur. O, Yəhudi Milli Məclisinə seçilmiş və Yəhudi Agentliyinin qurulduğu sessiyalarda iştirak etmişdir.
El Hayat TV
"El Hayat TV" (ərəb. «قناة الحياة»‎) — Ərəb dilində yayımlanan Əlcəzair özəl telekanalı. Telekanal Şimali Afrikada, Qərbi Asiyada, Avropada və Mərkəzi Asiyada yayımlanır. == Tarixi == Telekanal Epcom PLUS nəşriyyat şirkətinin prezidenti Hannaşi Habet tərəfindən 16 May 2018-ci ildə Ramazan ayında Əlcəzair şəhərində təsis edilmişdir.
Etz Hayyim sinaqoqu
Etz Hayyim sinaqoqu (ivr. ‏בית הכנסת עץ חיים‏‎) – Krit adasındakı Romaniot yəhudi cəmiyyətinə məxsus yeganə salamat qalmış sinaqoq. Sinaqoq bərpa edildikdən sonra turistik məkana çevrilmişdir. İspaniya kraliçası Sofiya və 6 mart 2006-cı ildə keçmiş Yunanıstan kralı II Konstantinin bacısı sinaqoqu ziyarət etmişdirlər. 5 yanvar 2010-cu ildə bir Britaniya vətəndaşı sinaqoqda yanğın törətməyə cəhd göstərmişdir. Hazırda sinaqoq birlikdə mehriban yaşamağın simvoludur.
Françesko Hayez
Françesko Hayez (it. Francesco Hayez, 10 fevral 1791 və ya 11 fevral 1791[…], Venesiya – 10 fevral 1881, 12 fevral 1882 və ya 21 dekabr 1882, Milan)— italyan rəngkarı, XIX əsr Romantizm janrının aparıcı rəssamlarından biridir. O öz çəkdiyi tarixi və siyasi tabloları, gözəl portretləri ilə tanınıb. == Həyatı == Hayez kiçik yaşlarından yaxşı çəkirmiş əmisi də buna görə onu bərpaçı rəssamın yanında şagird qoyur. Françesko Maqiottonun yanında 3 il dərs alandan sonra bunnan yorulur. Hayez 1809-cu ildə müsabiqəni qazanır və Venesiya Akademiyasına qəbul olur. Bu vaxtdan sonra o, Romadakı San Luka Akademiyasında təhsilini davam etdirir. 1814 ilə qədər Romada yaşayır daha sonra Neapola gəlir və Neapolitan krallığının kralı Joxim Muratın tapşırığı ilə ”Odissey Alkinoya sarayında” əsərini hazırlayır. Daha sonra Hayez Milana yola düşür. Uzun müddət Milandakı Brera Akademiyasında İncəsənət və rənkgarlıqdan dərs deyir.
Fridrix fon Hayek
Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; 8 may 1899[…], Vyana, Avstriya-Macarıstan – 23 mart 1992[…], Frayburq-im-Braysqau) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü. == Həyatı == Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir. Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi.
Fumiko Hayaşi
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Fumiko Hayaşi (yazıçı)
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Hasan Hayri Tan
Həsən Hayri Tan (d. 1880, İstanbul, d. 23 may 1942) – türk siyasətçisi və vəkili. İstanbul Hüquq fakültəsinin məzunudur . Daimi Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, 1935-1940-cı illər arasında İstanbul Vəkillər Kollegiyasının başqanlığı, İstanbul İl Məclisinin Ümumi üzvü, Türkiyə Böyük Millət Məclisinin III. və IV. 5-ci Dövrdə Ədirnə, V Dövrdə isə Kocaeli Millət vəkili olub. Ailəlidir və dörd övladı var.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Hayad
Hayad — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Hayad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir.
Hayao Miyazaki
Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[…], Bunkyo, Tokio) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir. Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing.
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Hayasa Azzi
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Hayat Rüya Gibi (Göksel albomu)
Hayat Rüya Gibi – Göksel-in 2010-cu ildə çıxardığı albomdur.
Hayat bayram olsa
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (dəqiqləşdirmə)
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (mahnı)
Hayat bayram olsa (azərb. Həyat bayram olsa‎) – məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri == Tarixi == "Hayat bayram olsa" ilk dəfə 1972-ci ildə "Hayat Bayram Olsa/Nen Var Canım Kardeşim?" adlı albomda yer almışdır. Həmin il mahnı Türkiyədə ilin mahnısı seçilmişdir. Mahnını ifa edən müğənni Şənay isə ikinci dəfə ilin müğənnisi seçildi. Həmçinin o, sonradan "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne" və "Sessiz Bir Yer" kimi hitlərdən ibarət yeni bir 45-lik albom hazırlayır. Mahnı 1 noyabr 1973-cü ildə Türkiyə istehsalı eyniadlı "Hayat bayram olsa" filmində təqdim olunmuşdur. 1990-cı illərdə Emel Müftüoğlunun da albomunda bu mahnı yer almışdır. Hazırda isə Türkiyədə bütün bayramlarda çalınır. == Müəllifləri == "Hayat bayram olsa" 1972-ci ildə bəstələnmişdir. Musiqisinin müəllifi Türkiyəli bəstəkar Şerif Yüzbaşıoğlu olmuşdur.
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.
Inga hayesii
Inga hayesii (lat. Inga hayesii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kentaro Hayaşi
Kentaro Hayaşi (d. 29 avqust 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ketrin Hays
Kathryn Hays (26 iyul 1933 – 25 mart 2022, Ferfild[d], Konnektikut) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === Counterpoint (1968) === Televiziya === Hawaiian Eye (1962) Surfside 6 (1962) Naked City (1962) The United States Steel Hour (1963) Dr. Kildare (1963) Route 66 (1963) The Lieutenant (1963) The Eleventh Hour (1963) The Nurses (1964) Mr.
Keyt Miller-Haydki
Keyt Miller-Haydki (ing. Kate Miller-Heidke; d. 16 noyabr 1981, Brisben, Kvinslend, Avstraliya) — Avstraliya müğənnisi, bəstəkar və aktrisası. Klassika üslubunda təhsil almasına baxmayaraq, Keyt öz karyerasını pop musiqisi ilə davam etmişdir. O, "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Erkən illəri == Keyt Miller-Haydki 16 noyabr 1981-ci ildə Avstraliyanın Kvinslend vilayətinin paytaxtı Brisben şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Müqəddəs Aydanın Anqlikan qızları məktəbinin məzunu olmuşdur. Daha sonra isə Keyt Kvinslend Musiqi Konservatoriyasına daxil olmuş, orada klassika üzrə təhsil alaraq konservatoriyanı bakalavr dərəcəsi ilə bitirmişdir. O, eyni zamanda Kvinslend Texnologiya Universitetində musiqi təhsili almışdır. Klassika üslubunda ifa edən müğənni kimi Keyt bir neçə mükafata layiq görülmüşdür: "Elizabet Muir" mükafatı (2000), "Donald Penman" mükafatı (2001), "Linda Edit Allen Memorial" mükafatı (2002) və "Horas Kits" mükafatı (2002).

Digər lüğətlərdə