Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anna Tomova-Sintova
Anna Tomova-Sintova (tam adı: Anna Tomova-Sintova, bolq. Анна Томова-Синтова; 22 sentyabr 1941, Stara Zaqora, Bolqarıstan krallığı) — Bolqarıstanın soprano müğənnisi. Dünyanın ən böyük opera binalarında səhnə almış ifaçının repertuarına Motsart, Rossini, Verdi, Puççini, Vaqner və Ştrausun əsərləri daxildir. Annanın xüsusilə dirijor Herbert fon Karayanla 1973-cü ildən 1989-cu ilədək — dirijorun ölümünədək yaxın peşəkar əlaqələri vardı. == Həyatı == Tomova-Sintova altı yaşında ikən pianoda ifa etməyi öyrənməyə başlayıb. On altı yaşında milli mahnı müsabiqəsində qalib gəlib. Daha sonra Sofiya Milli Konservatoriyasına daxil olub. Burada professor Georgi Zlatev-Tçerkininə soprano Katya Spiridonovanın səs sinfində oxumuş və səs və piano üzrə diplomlarla məzun olmuşdur. Səhnədə ilk debütünü magistr təhsili alarkən Çaykovskinin Yevgeni Onegin operasında Tatyana obrazı ilə etmişdir. Məzuniyyətdən sonra Leypsiq Operanın opera studiyasında fəaliyyətə başlamış və 1967-ci ildə burada Verdinin Nabukkosunda Abiqail obrazı ilə ilk peşəkar debütünü reallaşdırmışdır.
Böyük Vitovt Universiteti
Böyük Vitovt Universiteti (latış. Vytauto Didžiojo universitetas‎, abbr. VDU) — Litvanın Kaunas şəhərində yerləşən universitet. Onun əsası müharibə arası dövründə, 1922-ci ildə milli universitetin alternativi kimi qoyulub. 2015/16 QS World University Rankings-də 701-800 yeri tutur. == Tarix == 1918-ci ildə Litva Respublikası yaradılıb və bundan dörd il sonra, 1920-ci ilin yanvarın 27-də Ali Təhsil Kursları Assosiasiyası Ali Təhsil Kursları özəl məktəbi açıb. 1922-ci ilin fevralın 16-da onun əsasında Litva Universiteti adı altında dövlətin ilk və müharibə arası dövründə tək olan ali təhsil ocağı açılıb. O dövrün ərzində, universitetin yeddi rektoru və 3790 məzunu olub. 1930-cu ildə, Böyük Vitovtun 500 illik qutlaması olmuşdu və bunnnan əlaqədər, universitetin adını indiki adına dəyişdirdilər. 1944-cü ildə Litva SSRİ tərəfindən işğal olunub və 1950-ci ildə universitet bağlanılıb.
Böyük Vitovt körpüsü
Böyük Vitovt körpüsü (lit. Vytauto Didžiojo tiltas) — Litvanın Kaunas şəhərindən axan Nemans çayı üzərindəki avtomobil körpüsü. Körpü şəhərin mərkəzi hissəsini Aleksotas rayonu ilə birləşdirir. == Yerləşməsi == Körpü Karalyus Mindauqo prospektini Veyveriu küçəsi ilə birləşdirir. Sol sahil boyunca uzanan Q. və O. Minkovski və Ujnemunes küçələri körpüdə birləşir. Körpünün yaxınlığında Vitovt kilsəsi və Aleksotas funikulyoru yerləşir. Körpüdən yuxarıda Maironisa küçəsi boyunca bir piyada körpüsü, aşağıda isə Lampecyay körpüsü vardır. == Adı == 1915-ci ildə alman hərbçiləri tərəfindən inşa edilən taxta körpü Hohenzollernbrücke adlandırıldı. 1930-cu ildə açılan daimi körpü burmister Kaunas Yonas Vileyşisin təklifi ilə Böyük Vitovtın adını daşımağa başladı. 1940-cı ilin sentyabrında Kaunas Bələdiyyə Başçısı Antanas Qarmausun qərarı ilə müstəqil Litva dövrünə aid adların dəyişdirilməsi kampaniyası zamanı körpünün adı Aleksotasa dəyişdirildi.