Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skopas
Skopas (b.e.ə 395-350) — Yunan memarı və heykəltaraşı. Parosda adalarında doğulub. Skopas Praksiteles ilə birlikdə işləyib və dünyanın 7 möcüzəsindən olan Qalikornas movzoleyinin hissələrini inşa etmişdir. Xüsusilə də relyefini. Onun rəhbərliyi ilə Teqeadadakı Afina Alea məbədi tikilmişdir. Kvadrat formal baş, dərin batıq gözlər və azca açılmış ağız Skopasın işlərinə məxsus bir üslub idi.Yunan qəhrəmanı Menecerin büstünü buna misal göstərmək olar.Onun işləri (relyefləri) Londonda Britaniya muzeyində, Afina Alea məbədinən fraqmentlər Afina milli arxeoloji muzeyində saxlanılır. Vikianbarda Skopas ilə əlaqəli mediafayllar var.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Məhəmmədsadıq xan Kopal
Məhəmmədsadıq xan Kopal (1893-1955)—İran hərbçisi. Məhəmmədsadıq xan Kopal 1893-cü ildə Xoy şəhərində doğulmuşdu. Mirzə Məhəmməd tacirin övladıdır.İbtidai və orta təhsilini Xoy şəhərində alandan sonra İstanbula yollanmışdı. Orda hərbi məktəbə daxil olmuş, artileriyya şöbəsini bitirmişdi. İran ordusunda xidmət etmişdi. Salare-Nizam ləqəbini daşıyırdı. Pərviz Zare Şahmərəsi yazır: "İran-rus müharibəsi sona çatdıqdan sonra Ziyadoğlulardan bir neçə nəfər Xoya köçdülər. Deyilənə görə general-leytenant Məhəmmməd Sadiq Kupal onlardan qalandır". Məhəmmədsadıq xan Kopal 1955-ci ildə vəfat edib.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Kopt dili
Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi. Misir xristianlarının kilsələrində işlədilən dili. Beş əsas dialektə bölünür: said, axim, subaxim, fayüm, və boxar. == Mənbə == А.И.Еланская. Коптийский язык.
2015 Kopa Amerika
Amerika Kuboku 2015 (isp. 2015 Copa América) — 11 iyun-4 iyul 2015-ci il tarixləri arasında Çilidə keçirilən sayca 44-cü Amerika Kuboku. Turnir Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunmuşdur Uruqvay turnirə son çempion kimi qatılmışdır. Turnirdə 10-u CONMEBOL, 2-si CONCACAF (Meksika və Yamayka) üzvü olmaqla 12 komanda iştirak etmişdir. Yamayka ilk dəfə turnirə qatılmışdır. Turnirin qalibi olan Çili millisi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək haqqı qazanmışdır. == Ev sahibi ölkə == Əslində turnirə ev sahibliyi etmək üçün 2011-ci ilin fevralında Braziliya Futbol Federasiyası namizədlik vermişdi və CONMEBOL qaydalarına görə ev sahibi ölkə əlifba ardıcıllığı ilə müəyyən olunurdu. Çilidə isə 2019-cu ildə bu turnir baş tutmalı idi. Amma 2013-cü ildəki Konfederasiyalar Kubokuna, 2014-cü ildəki Futbol üzrə Dünya çempionatına və 2016-cı ildəki Yay Olimpiya oyunlarına görə Braziliya namizədliyini geri çəkmişdir. CONMEBOL prezidenti Nikolas Leoz turnirin Meksika Futbol Federasiyasının 100 illiyi münasibətilə Meksikada keçirilməsini təklif etmişdir.
2021 Kopa Amerika
Kopa Amerika 2021 - Amerika qitəsinin rəsmi futbol qurumu olan CONMEBOL tərəfindən keçirilən qitə çempionatı. UEFA Avro 2020 kimi Kopa Amerika da 2020-ci ildə keçirilməli idi. Lakin qitə futbol qurumları birlikdə qərar verərək hər iki turnirin bir il sonraya təxirə salınmasına qərar verdilər. Turnirin əslində ötən il Argentina və Kolumbiyada keçirilməsi nəzərdə tutulsa ölkələrin əhalisinin kəskin etirazları nəticəsində qitənin ali futbol qurumu 20 may 2021-ci il tarixində təhlükəsizlik səbəbi ilə turnirin Braziliyada keçirilməsinə qərar verdi. Turnirə 13 iyunda start götürür, 10 iyulda isə final qarşılaşması ilə yekun vurulur. Turnirdə 10 milli komanda iştirak edir. == Komandalar == Bu turnirdə son 2 Asiya çempionu olan Qətər və Avstraliya da iştirak edəcəkdi. Lakin komandaların 23 fevral 2021-ci ildə verdikləri qərarda növbəti il Qətərdə keçiriləcək Dünya Çempionatını oyunlarının ağırlığı səbəbi ilə turnirdə iştirakdan imtina etdilər. Beləliklə Kopa Amerikanın 2021-ci ildə keçirilən sayca 47-ci olan turnirdə 10 komanda iştirak edir. Belə ki, qitənin şimalını təmsil edən 5 komanda Şimal Zonası qrupunda, cənubu təmsil edən 5 komanda isə Cənub Zonası qrupunda mübarizə aparacaqlar.
Kopa Amerika 2021

Kopa Amerika Sentenario
== Planlaşdırma == === İdman direktorunun korrupsiyası === Copa America Sentenario 2016'nın qalibi 2-ci dəfə Çili milli komandası olmuşdur == Ev sahibinin seçilməsi == == Keçirələcək yerlər == == İştirakçı komandalar == Artıq CONMEBOL və KONKAKAF-ın rəsmi nümayəndələri təsdiqləyiblər ki, turnirdə bütün 10 CONMEBOL üzvləri və 6 KONKAKAF üzvü iştirak edəcəkdir. ABŞ və Meksika turnirə birbaşa vəsiqə qazanıb. Digər dörd KONKAKAF təmsilçisi isə müəyyən uğurlarına görə bu turnirdə iştirak edirlər. Kosta-Rika Mərkəzi Amerika Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Kopa Sentroamerikana turnirinin qalibi olub. Yamayka isə Karib Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Karib Kubokunun qalibi olub. Haiti və Panama isə iki pley-offun qalibi və 2015 KONKAKAF Kubokunun ən yaxşı 4 komandasından biri olduqları üçün turnirə vəsiqə qazanıb. == Püşkatma == == Komandalar == Komandaların çoxu turnirə 23 nəfərlik heyət ilə gələcəklər. (oyunçulardan 3-ü mütləq qapıçı olmalıdır). == Hakimlər == == Açılış mərasimi == == Qrup mərhələsi == === Tay-breklər === === A qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq. Mənbə: CONMEBOL & CONCACAF Arxivləşdirilib 2016-06-13 at the Wayback Machine Klassifikasiya üçün qaydalar: Qrup mərhələsinin reqlamenti === B qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq.
Kopa del Rey
== Klub performansı ==
Kopt Pravoslav Kilsəsi
Qibti Pravoslav Kilsəsi (qibt. Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ) — Misirdə avtokefal antixalkidon kilsə. Kilsə təxminən 400 icmadan ibarətdir. Onların əksəriyyəti Misirdə, qalanı isə Misir diasporundadır.
Kopa de l'Outre-Mer