Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Vesna Vuloviç
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016, Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur. Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi. O xatırlayırdı: Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı: Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi. 26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.