Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Orissa
Orissa — Hindistanın şərqində yerləşən ştatdır. Ərazisi 155 707 kvadrat kilometr, əhalisi 40 milyona yaxındır. Mərkəzi və ən böyük şəhəri Bhubenaşvardır. bundan başqa mühüm şəhərləri Anqul, Bhadrak, və Bolangirdir. Ştatda 2008-ci ildə hinduistlərlə xristianlar arasında dini zəmində toqquşmalar baş vermişdi. Nəticədə 50 000-dən çox xristian ştatı tərk edib.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Vorsma
Vorsma — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. == Coğrafiya == Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. == Tarix == Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. == İnzibati bölgüsü == 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.
Korsika boğazı
Korsika boğazı - Korsika adasını Toskan arxipelaqı arasında yerləşir. Aralıq dənizi akvatoriyasına daxil olan Tirren dənizini Liquriya dənizi ilə birləşdirir. Uzunluğu 70 km, eni 60 – 120 km, dərinliyi 500 m təşkil edir. Axınlar şimala istiqamətlənir və sürəti 1 km/s təşkil edir.
Ryota Morioka
Ryota Morioka (12 aprel 1991, Hyoqo prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryuzo Morioka
Ryuzo Morioka (d. 7 oktyabr 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Vorsinka (Bakalı)
Vorsinka (başq. Ворсинка, rus. Ворсинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Kuryaşlar (67%), ruslar (33%) üstünlük təşkil edir.
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Vorskla Poltava FK
Vorskla Poltava FK — Ukraynada futbol klubu. Ukrayna Premyer Liqasında çıxış edir və Poltava şəhərini təmsil edir. Klubun sponsoru Ferrexpo şirkətidir. Klubun əvvəlki sponsorlarından biri də Naftoqaz olub. Klubun yaranma tarixi Poltava şəhərində 1955-ci ildə Kolhospnyk adlı futbol klubunun yaranması ilə bağlıdır. 1957-ci ildə bu klub peşəkar futbol klubuna çevrildi və SSRİ çempionatının 3-cü liqasında iştirak etmək hüququ qazandı. Lakin 1982-ci ildə klub iflasa uğradı və fəaliyyətini dayandırdı. 1983-cü ildə bir çox futbolçular Poltavadakı digər futbol klubu Kooperator klubuna keçərək orada oynamağa başladılar. İflasa uğramış klub 1984-cü ildə yenidən fəaliyyətə başladı və adını dəyişərək Poltava şəhərindən axan Vorskla çayının adına adlanmağa başladı. 1986-cı ildə Vorskla iflasa uğrayana qədər çıxış etdiyi Sovet üçüncü liqasına yenidən qayıtdı.
Vışka (qəzet)
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Vışka qəzeti

Yuxarı Korsika departamentinin kommunaları
Yuxarı Korsika (fr. Haute-Corse) — Fransanın cənubundakı Korsika adasındakı departament, Korsika bölgəsinin departamentlərindən biridir. İnzibati mərkəzi Bastia şəhəridir. 2012-ci il siyahıyaalınmasına əsasən, departamentinin əhalisi 170,828 nəfər idi. 2015-ci ilə qədər Yuxarı Korsika ərazisi 3 rayona (Bastiya, Kalvi və Korte), 15 kanton və 236 kommunaya bölündü. Departamentin əhalisi 10000 nəfərdən çox olan 1 şəhər, 5000 nəfərdən çox olan 6 şəhər var. Sant-Antonino kommunası Fransanın ən gözəl kəndi adına layiq görülüb.