Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Voskopoya
Voskopoya (alb. Voskopojë, arom. Moscopole, yun. Μοσχόπολις/Βοσκόπολις, it. Moscopoli)— Albaniyada qədim şəhər, hazırda isə bir kəndi. Qədim zamanlardan arumınların mədəni və ticarət mərkəzi olub. Hazırda Korca rayonunun bir hissəsidir. Onun çiçəklənmə dövründə, 18-ci əsrin ortalarında Balkanlarda ilk dəfə Voskopoyada kitablar çap olunmağa başlanır. Voskopoya sonralar yunan mədəniyyətinin mühüm mərkəzinə çevrilir. Şəhər 1769 və 1788-ci illərdə sakinlərin yunan üsyançılarını dəstəklədiyindən şübhələnən Osmanlı hakimiyyətinin razılığı ilə alban dəstələri tərəfindən dağıdılır.