Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Voskevan
Xoşkotan (25.01.1978-ci ildən Voskevan) — Barana rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. Xoşkotan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Toponim qədim türk dilində "düşərgə","yurd", "icma", "kiçik yurd" mənasında işlənən koş (>xoş) sözü ilə və "heyvanların salındığı yer", "şəhər, qala divarları", "tövlə", "yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer", "heyvanların salındığı yer, "şəhər qala divarları" mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlib, "qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd" mənası ifadə edir. "Kotan" sözü türk dillərində kutan formasında "xutor, köçəri çobanların dağdakı otlağı" mənasında işlənir. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdmlib Voskevan qoyulmuşdur. Əsli Koş=Kutan.
Voskevaz
Xanabad — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Dağətəyi ərazidədir. XX əsrin əvvəllərində kən ərazisində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cumhuriyyətinin Silahlı Qüvvələri arasında toqquşmalar olub. 1980-ci illərdə kənd ərazisində süni sututar qurulub. 1990-cı ildə kooperativ zavodun tikintisi zamanı kənd əörazisində (Xanabad-Pirlər yolu üzərində) inşaatçılar tərəfindən qədim qəbir aşkar edilmişdir. Həmin qəbirə Xankəndi dövlət muzayinin əməkdaşları tərəfindən baxış keirilərkən, qəbirdə insan cəsədindən əlavə xəncəl, nizə ucları, şarabənzər saxsı küp, suda üzəbilən quş təsvirli qab, əqiq daşından düzəldilmiş muncuqlu boyunbağ, habelə üstübəzəkli qab aşkar edilmişdir. Tapıntılar M.Ö. XII—XI əsrlərə aid edilmişdir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, ermənilər tərəfindən Xnapat adlandırılmışdı. 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanabad kəndinin əhalisinin faktiki sayı 826 nəfər, qeydiyyatdakı əhalinin sayı 827 nəfər kimi göstərilmişdir. İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.