Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay Şmatko
Nikolay Qavriloviç Şmatko (17 avqust 1943, Krasnoqorovka[d], Donetsk vilayəti – 15 sentyabr 2020, Mukaçevo[d], Zakarpattya vilayəti) — Ukrayna heykəltəraşı, rəssam. İki oğlu ilə birgə Ukraynada fəaliyyət göstərir. 250-dən artıq işin (barelyef, horelyef, heykəl) və 500-ə yaxın şəklin müəllifidir. 2000-ci ildə Moskvanın Dünya İnkişafı İnstitutunun Bədii Yaradıcılıq və İncəsənət kafedrasının professoru vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə Nikolay Şmatkoya Svyatoqorsk Müqəddəs Ananın mərmərdən heykəlinin yaradılması tapşırılmışdır. Payızda 4,20 m hündürlükdə olan heykəlin təntənəli açılışı oldu. Heykəl Ural mərmərindən (40 ton) hazırlanmışdır. Pravoslav kilsəsinin bərpasına verdiyi töhfələrə və Svyatoqorskda Müqəddəs Ananın heykəlinə görə Kiyev və bütün Ukraynanın Mitropoliti Vladimir tərəfindən 3-cü dərəcəli "Nestor Letopisets" ordeni ilə təltif olunmuşdur. 2007-ci ildə Ukraynada ilk dəfə olaraq "Lorenso Velikolepnıy Mediçi" ordeni ilə təltif olunmuşdur. 2005-ci ilin payızında Poltava vilayətinin Keleberda kəndində Uspensk kilsəsi yenidən tikildi.