Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. == Təsnifatı == Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik HemiplegikG 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqrenG 43.9 Dəqiqləşdirilməmiş miqren == Növləri == Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqrenMiqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Zaqreb
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. == İqtisadiyyatı == Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsi ilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Zaqreb Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Zaqreb Universiteti
Zaqreb Universiteti (xorv. Sveučilište u Zagrebu) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 23 sentyabr 1669-cu ildə qoyulmuşdur. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri.Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında. Bank YSFR dövlətinə məxsus olmayan ilk səhmdar bank oldu.
Zaqreb funikulyoru
Zaqreb funikulyoru (xorv. Zagrebačka uspinjača) — Funikulyor Xorvatiyanın paytaxtı olan Zaqrebdə yerləşir. Funikulyor Tomisa və İlisa küçəsini Ştrosmayer prospekti ilə birləşdirir. Zaqreb funikulyorunun operator funksiyasını Zaqreb tramvay şirkəti (ZET) həyata keçirir. Funikulyorun istifadədə olan uzunluğu cəmi 66 metr təşkil edir. Bu xüsusiyyətinə görə funikulyor dünyanın ən qısa xəttə malik nəqliyyat vastəsidir. Zaqreb funikulyorunun tikintisinə 1890-cı ildən başlanmışdır. Tikinti işləri 1893-cü ilin 23 aprelində başa çatdırılır. İlk əvvəllər buxar mühərriklərindən istifadə edilmişdir. 1934-cü ildə isə buxar mühərrikləri elektrikli mühərriklə əvəzlənmişdir.
Zaqreb kafedralı
Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar. == Tarix == 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır.
Zaqreb məscidi
Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi. == Haqqqında == Məscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir. 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır.Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.
Zaqreb şəhəri
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. == İqtisadiyyatı == Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Tiqreş adası
Tiqreş adası (port. Ilha dos Tigres) — Anqolanın ən böyük adası. Namibe əyalətində yerləşir. Adanın sahəsi 98 km²-dir. == Tarix == Bir vaxtlar Tiqreşi materikdən ayıran eyniadlı boğazın yerində bərzəx olmuşdur. Bu ərazidə San Martin duş Tiqres adlı balıqçı kəndi var idi. 1962-ci il martın 14-də okean Tiqreş yarımadasını materikə birləşdirən bərzəxi yuyur və beləliklə Tiqreş yarımadası su təchizatı olmayan adaya çevrilir. Daha sonra Kunene çayının mənsəbindəki nasos stansiyası fəaliyyətini dayandırır və kənd yavaş-yavaş tərk edilən xəyal şəhərə çevrilir.
Tiqreş boğazı
Tiqreş boğazı (port. baía dos Tigres) — Anqolanın Namibe əyalətindəki boğaz. Tiqreş adasını Anqolanın qalan hissəsindən ayırır. == Coğrafiya == Boğazın şərq tərəfində əvvəllər kiçik bir yarımada var idi, onun cənubunda Sao Martin dus Tiqres adlı balıqçı kəndi ilə bərzəx vastəsi ilə ona birləşirdi. 1962-ci ildə okean yarımadanın bərzəxini yarır. Beləliklə Tiqreş adası meydana gəlir.
Omikron Əqrəb
Omikron Əqrəb — Scorpiusun Bürcündə bir ulduzdur. +4.57 görünən vizual ölçülü ilə adi gözlə görünə bilər. Parallaks ölçmələr təxminən 900 işıq ili olan məsafəni göstərir. Bu, Rho Ophiuchi qaranlıq bulud yaxınlığında yerləşir.Bu A4II / III mükəmməl təsnifatlı ağ A tipli parlaq nəhəngdir. Bu nadir sinif sinfinin parlaq üzvlərindən biridir və öyrənməyə maraqlıdır. Omikron Əqrəb günəş kütləsinin təxminən səkkiz dəfə, radiusdan on beş dəfə, təxminən 40 milyon yaşındadır.Ulduzun günəş işığının 3.125 dəfə təxminən 8,128 K olan effektiv temperaturda xarici atmosferindən yayılır.Ətrafdakı tozun və ya mümkün bir infraqırmızı parlaq yoldaşı olması səbəbindən infraqırmızı aşınma göstərmir, lakin bu ulduzun işığı interstellar tozundan məhv olur.Omikron Əqrəb 20-ci əsrdə Scorpius-Centaurus OB assosiasiyasında Üst Scorpius alt qrupunun mümkün bir üzvü kimi bəzən xatırlandı.Bununla belə, Hipparcos tərəfindən ölçüldüyü qədər kiçik hərəkətə və kiçik trigonometrik paralaksaya görə bu qrupundaha son üzvlük siyahılarında görünmür. Bu, Scorpius-Centaurus ilə əlaqəli bir fon ulduzu olduğunu göstərir.
Otokar Əqrəb
Otokar Əqrəb, Otokar tərəfindən hazırlanan zirehli transportyor.
Viqen Derderyan
Viqen Derderyan(Farsca: ویگن دردریان ; Ermənicə: Վիգեն Դէրդէրեան) (23 noyabr 1929 - 26 oktyabr, 2003),İran ermənilərindən olan Farsca Pop Musiqi müğənnisi, aktyor. == Bioqrafiyası == Viqen Həmədan şəhərində səkkiz uşağı olan nisbətən yoxsul ailəsində anadan olmuşdur, 1979 İran İslam İnqilabından sonra, ABŞ-yə köçmüş və məskunlaşmışdır.
Vitre (Alye)
Vitre (fr. Vitray) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Serinyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03318. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 122 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15–64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 70,4%, 1999-cu ildə 66,2%). Fəal olan 50 nəfərdən 44 nəfər (24 kişi və 20 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İqren yarımadası
İqren yarımadası (ukr. Ігренський острів)— Dnepr şəhərində, Dnepr çayının sahilində. Yarımada ərazisində paleolit dövrünə aid abidələr nüəyyən edilmişdir. 1928-ci ildə Dnepr şəhərin hazırkı ərazisində ilk qədim rus şəhəri aşkarlanmışdır. Bu şəhər XIII əsrdə monqol yürüşləri zamanı darmadağın edilmişdir. Belə ehtimal edilir ki, məhz burada 1660-cı ildə İvan Sirko Qızıl Orda dövlətinin qoşunlarını məğlub etmişdir.
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, urəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
Əqrəb (bürc)
Əqrəb (lat. Scorpius) - zodiakal bürc.
Əqrəb (dəqiqləşdirmə)
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil.
Əqrəb (jurnal)
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal. == Haqqında == 8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü. == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.