Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xeyirxah samariyalı vitrajı
Şartr kafedralının Xeyirxah samariyalı vitrajı (fr. Vitrail du Bon Samaritain à Chartres) — Şartr şəhərində yerləşən Tanrı anası kilsəsinin sağ qanadında yerləşən Bibliyadan olan "Xeyirxah samariyalı haqqında pritça"nın təsvir edildiyi orta əsrlərə aid vitrajdır. "Xeyirxah samariyalı haqqında pritça"da göstərilir ki, Yerusəlimdən İerixona gedən bir nəfərə yolda hücum edərək ağır yaralayır və ölməsi üçün tərk edirlər. Keşiş və Levi sülaləsindən olan kəs ona kömək etməyərək yanından ötüb keçir, o zaman qəbul edilməyən samariyalılardan olan kəs isə, yaralıya qulluq edilməsi üçün yer tapır və qayıdıb xidmətin qarşılığını ödəyəcəyinə söz verir. Vitrajın orta hissəsində Adəm və Həvvanın günah işləməsi və qovulması təsvir edilib. Vitrajın sonuncu səhnəsinin yuxarı hissəsində Habilin qardaşı Qabil tərəfindən öldürülməsi göstərilib. Vitrajda İsanın "Kimdir mənə yaxın olan?" sualına cavab göstərilmişdir. Bu pritça, orta əsrlərdə ruhanilər tərəfindən günah və günahkarlıq anlayışlarının izah edilməsi üçün istifadə edilirdi. Belə vitrajlar XIII əsrin ikinci yarısınnda inşa edilmiş kilsələrdə məşhur olmuşdur. "Xeyirxah samariyalı haqqında pritça" əsasında yaradılmış digər məşhur vitrajlar isə Kenterberi kafedralı və Burj kafedralında yerləşir.