Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qndevaz
Qndevaz və ya Qindıvaz — İrəvan quberniyasının Şərur-Dərələz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == 1728-ci ilə aid mənbələrdə Qındevas kimidir. Həmin mənbələrdə kənddə cəmi 2 erməni ailəsinin yaşadığı qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildən kəndin Azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildə əhali geri qayıdaraq yenidən məskunlaşmışdır. 1988-ci ildə kəndin azərbaycanlıları Azərbaycana qovulmuşdur. Fars dilində kund-"təpə" və qədim türk dillərində vays, vayz (azərbaycanca baz) - "sıldırım" (bax: Boz Abdal) sözlərindən ibarətdir.
Qələdüz
Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir.
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qənəvat
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Mərkəzi baxşında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,693 nəfər və 1,887 ailədən ibarət idi.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Gələxar (Urmiya)
Gələxar (fars. گله خر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (35 ailə).
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri də geniş göstərilir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 == Xarici keçidlər == "Group 1: The Alkali Metals".
Dağlı-Qələdüz bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gəlaz (Üşnəviyyə)
Gəlaz (fars. گلاز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 935 nəfər yaşayır (207 ailə).
Qələvi-torpaq metal
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Qələvi torpaq metalları
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.