Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirnaqut
Brnakot, Pirnaqut, Pirnaut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı olub. Sonralar Yelizavetpol quberniyasının Zəngəzur qəzasında olmuşdur. Mənbələrə görə kənddə 5 türk və 8 erməni ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 80-ci illərinə aid mənbədə Pirnaut kimi göstərilir. 1829-cu ildən etibarən İrandan ermənilər köçürülməyə başlanmış və türklər sıxışdırılmışlar.