Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qlyasiologiya
Qlyasiologiya (lat. glacies — buz; yun. λόγος — elm, təlim) — buzlaqların fəaliyyətini öyrənən elm. Qlyasiosfera və onu təşkil edən nival-buzlaq sistemləri qlyasiologiya elminin vahid təbii obyektidir. Tədqiqatların əsas obyekti üzrə qlyasiologiya bir neçə sahəyə bölünür: buzlaq üzərində tədqiqat qar yağıntısı üzərində tədqiqat uçqunlar üzərində tədqiqat buz hövzələri və axınları üzərində tədqiqat paleoqlyasiologiya (keçmiş geoloji dövr buzlaqlarının tədqiqatı). Qlyasiologiya elmi fizika və mexanika, geologiya, iqlimşünaslıq (klimatologiya), geomorfologiya və s. elmlərlə qarşılıqlı əlaqədə olub, onların tədqiq metodlarından istifadə edir.