Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wade-Giles
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Aviles
Aviles (isp. Avilés) — İspaniyanın şimalında, Ovyedo əyalətində şəhər. Asturiya tarixi vilayətində yerləşən şəhər Aviles çayının Biskay körfəzinə töküldüyü yerdə liman rolunu daşıyır. Burada metallurgiya və kimya sənayesi var. Kurort şəhərdir.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Qrimes
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
SMILES
SMILES (ing. Simplified Molecular Input Line Entry Specification - Molekulyar girişi sadələşdirən xəttin giriş spesifikasiyası) - ASCII sxemi ilə kimyəvi maddənin birbaşa stukturunu izah edən sistemdir. Digər "smiles" (azərb. gülüşlər‎) adlı ingilis sözünün omonimidir.
İnilər
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Nilas
== Nilas == Nilas-su hövzələrində əmələ gələn, qalınlığı 10 sm-ə qədər olan cavan, elastik buz örtüyünə deyilir. Dalğa üzərində, onun formasına uyğun olaraq. Nilas asanlıqla əyilir, parçalandıqda isə laylı, kündəvari yığımlar əmələ gətirir.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Bella Qinnes
Bella Qinnes (ing. Belle Sorenson Gunness); doğum adı Brunqilda Polsdotter Storşett (norv. Brynhild Paulsdatter Størseth; 11 noyabr 1859, Selbu, Norveç — 28 aprel 1908 ?, La Port, İndiana, ABŞ) — Norveç mənşəli Amerika serial qatili. Bella, boyu 183 sm və çəkisi təxminən 90 kq olan fiziki cəhətdən güclü bir qadın idi. Bəzi məlumatlara görə, bir neçə onilliklər ərzində 25-dən 40-a qədər adam öldürmüşdür. İddiaya görə, Bella öz təsərrüfatında baş vermiş yanğında vəfat etmişdir və rəsmi olaraq öldüyü elan edilsə də, ölüm xəbərini saxtalaşdırdığı barədə şayiələr (heç nə ilə təsdiqlənmədi) dəfələrlə ortaya çıxdı. == Bioqrafiyası == === Erkən illəri === Bella Qinnesin mənşəyi müzakirə mövzusudur. Bioqrafçılarının çoxu onun Norveçdə, Syorr-Tryondelaq əyalətindəki Selbu bələdiyyəsində bir göldə anadan olduğunu və Bryunnhilde Polsdotter Storşett adını aldığını iddia edir. Valideynləri Paul Pedersen Storşett (bir kərpic istehsalçısı) və Barit Olsdatter idi. Bella, ailənin 8 uşağının böyüyü idi.
Co İnqles
Co İnqles (əsl adı: ing. Joseph Howarth; d. 2 oktyabr 1987; Adelaida, Cənubi Avstraliya) — Atıcı və mərkəz mövqelərində oynayan Avstraliyalı basketbolçudur. Hal-hazırda NBA komandalarından "Yuta Caz"da oynayır. İngilis əsillidir. Solaxay olan basketbolçu mərkəzdə oynamasına baxmayaraq atıcılıqda çox məşhurdur. 2,3 metr boyu və 98 kq (217 Ib) çəkisi olan İnqles Avstraliya milli komandasının ən dəyərli oyunçularından biridir. Milli komandası ilə birlikdə 2009-cu ildə gümüş, 2011-ci ildə FİBA Okeaniya Çempionatında qızıl medal qazanmışdır. == İlk illəri == Co İnqles universitet karyerası ərzində Kanberra şəhərində olan Lake Ginninderra kollecində basketbol oynayıb. Daha sonra göstərdiyi oyunlarla əlaqədar maraqları qazanan uğurlu oyunçu kollec karyerasını bitirdikdən sonra Avstraliya 1.
Döş giləsi
Döş giləsi — qadınlarda südün, uşağı qidalandırmaq üçün döşdən gələn laktasiya kanallarından keçməsini təmin edən döşün səthindəki qaldırılmış toxuma sahəsidir. Süd döş giləsindən passiv şəkildə axa bilər və ya kanal sistemi boyunca meydana gələn hamar əzələlərin daralması ilə xaric edilə bilər. Döş giləsi ətrafındakı dəridən daha tünd rəngdə olan areola ilə əhatə olunmuşdur. Qeyri-insanlara istinad edərkən onu çox vaxt məmə ucları adlandırırlar. Əmzik uşaqların qidalandığı qida butulkasının elastik ağız hissəsini təsvir etmək üçün də istifadə edilə bilər. İnsanlarda, həm kişilərin, həm də qadınların döş gilələri cinsi oyanmanın bir hissəsi kimi stimullaşdırıla bilər. Bir çox mədəniyyətlərdə insanların, daha dəqiq desək qadınların döş gilələri cinsiləşdirilir, "… cinsi obyekt hesab edilir və onların fiziki xüsusiyyətləri və seksuallığına görə qiymətləndirilir.
Qelles burnu
Qelles burnu — Türkiyənin Gelibolu yarımadasının cənub-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. == Tarixi == 1915-ci ildə Çanaqqala müharibəsi zamanı ingilislər və fransızlar buruna qoşun çıxarmışlar. Hazırda burada memorial kompleks yerləşir.
Qenices boğazı
Qanices boğazı - Kryac adasını materikdən (Ukrayna) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 4 km, eni 80–150 m, dərinliyi 4,6 m təşkil edir. Bölgədə əsas liman Qenices limanıdır.
Yevsey Gindes
Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес ; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940). == Həyatı == Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir. O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.
Cek Qriliş
Cek Qriliş (10 sentyabr 1995, Birminhem, Qərbi Mildlend[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Sitinin ingiltərəli futbolçusu.
Nile
Gilas povidlosu
Gilas povidlosu - gilas püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gilək dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Güləş (1970)
== Məzmun == Film Azərbaycan milli idman növü — güləşin tarixi haqqında danışır.
Güləş (mahnı)
Güləş — azərbaycanlı müğənni Aygün Kazımova, Alim Qasımov və Şeron qrupunun duetidir. Azərbaycan Güləş Federasiyasının rəsmi himnidir.
Niels Brinck
Nils Brink (24 sentyabr 1974, Orhus, Mərkəzi Yutlandiya[d]) — danimarkalı müğənni. == Həyatı == Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı “Believe Again” (Azərbaycan dilində:Yenidən inan) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
Professional güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.