GİLAS

is. Ağ, sarı, qırmızı və qara növləri olan çəyirdəkli şirin meyvə və bu meyvənin ağacı. Gilas mürəbbəsi. Gilas şirəsi.
– Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. S.S.Axundov.
[Mehrəli] …gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Çəmənzəminli.
Bağımda gilas dəydi; Gül açdı, gilas dəydi; Yar əlindən ox çıxdı; Sinəm üstə rast dəydi. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİLAS GİLAS (ağacı və meyvəsi) El bilir bu gün; Məndən şöhrətli; Qədir-qiymətli; Meyvə tapılmaz; Adımdır gilas (M
GİLAN
GİLASLIQ

Digər lüğətlərdə