Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Typhlodromus rodovae
Typhlodromus rodovae (lat. Typhlodromus rodovae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus rodovae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Göyova körfəzi
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan). == Görməli yerləri == === Kleopatra çimərliyi === Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.