Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonitet
Bonitet — müəyyən sahədə olan orqanizmlərin və ya onların yaşama şəraitinin iqtisadi baxımdan qiymətləndirilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Onites
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Şahzadə Albert (genital pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.