Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kosistıy adası
Kosistıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəxi hissəsində, Oktyabr İnqilabı adasının şimalında yerləşir. Kosistıy adasından 2 km qərbdə Blijnıy adasında yerləşir. Bu iki ada arasında Ostyovnaya buxtası əmələ gəlir. Adada yerləşən Sapoq Dalnı burnundan 3,5 km boyunca Razdole buxtası yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 2,1 km, eni 700 m təşkil edir. Adanın səthi hamardır. Adada göl və çay yoxdur.
Qoritti adası
Qoritti adası (isp. Isla Gorriti) — Atlantik okeanıda, Uruqvaya məxsus ada. Ada La-Plata estuarisində yerləşən Maldonado körfəzinin suları ilə əhatələnir. İnzibati baxımından Uruqvayın Maldonado departamentinə daxildir. Adanın uzunluğu 1,7 km, maksimal isə 700 m, minimal eni isə 160 m, sahəsi 21 ha-dır. Ada 1516-cı ildə ispan dənizçisi Xuan Dias de Solis tərəfindən kəşf edilmişdir. XIX əsrin sonları adada güçlü yanğın baş verir. Nəticədə onun bütün bitki örtüyü məhv olur. hazırda isə onun böyük hissəsində sahil şamı əkilmişdir.
Qorbatıy adası (Krasnoyarsk diyarı)
Qorbatıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 4,8 km, Oktyabr İnqilabı adasından 2,6 km aralıda yerləşir. Bolşoy İzvestnyakovıy adasından 1,5 km şimalda, Kruqlıy adasından 500 mcənubda yerləşir. Ada 1,6 km uzunluğa və 700 m enə malikdir. Şimal sahilləri qıldırımlıdır.