Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xırdalama, qranulyasiya
Xırdalama, qranulyasiya (ing. granularity, rus. степень детализации) — verilmiş iş rejiminin məna dəyəri daşıyan müəyyən standart elementin ölçüsü ilə ifadə olunan xarakteristikası. Kompüter proseslərinin xırdalanması şəkərin, duzun, daşın xırdalanması kimidir: parçalar nə qədər böyük olarsa, qranulyasiya da o qədər kobud alınır. Bu termindən ekranın çözümlülüyünün təsvirində, verilənlər bazasına baxış və çeşidləmə meyarlarının təsvirində, eləcə də mikroprosessorun konkret əməliyyata, məsələn, fon rejimində çapa ayırdığı zaman intervalının təsvirində istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Physostegia granulosa
Yeganə Physostegia virginiana (L.) Benth. növü aiddir. Gülçülükdə bir növ- Virciniya fizostegiyasından (P. virginiana) geniş istifadə olunur. Bu bitkilərin hündürlüyü 1 m-ə qədər olub, nazik lansetvari yarpaqları uzun çiçək oxcuğunda sıra ilə yerləşib. Çoxlu sayda sortları olan bu bitki hündürlüyünə və çiçəklərin rənginə görə bir-birindən fərqlənir. Çiçəklərin rəngi ağ, tünd-qırmızı, yasəməni ya da bənövşəyi ola bilər. Fizostegiyanı əkməzdən əvvəl torpağı mineral gübrələrlə təmin etmək lazımdır. Payızda çiçək saplaqları kəsilməlidir. Fizostegiya bitkisini toxumla, yazda kolların və kökümsovların bölünməsi ilə çoxaltmaq olar. Dracocephalum denticulatum Aiton Dracocephalum denticulatum var.
Physostegia virginiana var. granulosa