Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tira Qrafström
Tira Qrafström, nikahdan əvvəlki soyadı Boklund (isv. Inga Thyra Carola Grafström; 1 noyabr 1864, Stokholm – 1925, Stokholm) — İsveç rəssamı və toxucu. Tira Qrafström rəssam Yohan Boklundun ailəsində anadan olmuşdur. 1881 — 1882-ci illərdə Konstfack Texniki Məktəbində oxumuş və əlavə olaraq atası Yohandan dərslər alırdı. Tira gənc yaşlarında 1882-ci ildə Handarbetets vänner (Sənətkarların dostları) işə düzəldi və birliyin lider mövqelərinə çatdı. Tira Qrafström 1897 — 1902-ci illərdə Nordiska Kompaniet ilə əlaqəli öz toxuculuq studiyasını açdı, lakin 1922-ci ildə yenidən öz toxuculuq emalatxanasını açdı. Fəaliyyətləri sayəsində modaya, xüsusən də tikmələrin populyarlaşmasına güclü təsir göstərməyə başladı. 1907-ci ildə Qrafström Ədəbiyyat və İncəsənət medalına layiq görüldü. İsveç Milli Muzeyində Tira Qrafströmun müxtəlif çiçək naxışlı divar qobelenləri təqdim olunur, hansıları ki o, Ferdinand Boberq ilə birgə hazırlamışdır. Bundan başqa, onun öz emalatxanasında hazırladığı əsərlər digər muzeylərdə də təqdim olunub.