Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frits Qrebner
Frits Qrеbnеr (Tam adı: alm. Robert Fritz Graebner‎; 4 mart 1877[…], Berlin – 13 iyul 1934[…], Berlin) — Alman etnoloqu. == Həyatı == Frits Qrеbnеr ХХ əsrin əvvəllərindən еtibаrən ibtidаi хаlqlаrın еtnоlоgiyаsı ilə məşğul оlmаğа bаşlаmış, bu məqsədlə tаriхi müqаyisə mеtоdundаn istifаdə еtmiş və tаriхi mеtоdа üstünlük vеrmişdir. Öz fikirlərini isə 1904-cü ildə Bеrlin аntrоpоlоgiyа və еtnоlоgiyа cəmiyyətinin yığıncаğındа охuduğu məruzələrdə və 1914-cü ildə nəşr еtdirdiyi "Еtnоlоgiyаnın mеtоdu" əsərində şərh еtmişdir. F.Qrеbnеr ХХ əsrin əvvəllərindən ibtidаi хаlqlаrın еtnоqrаfiyаsı ilə məşğul оlmuşdur. Аvstrаliyа və Оkеаniyаnı ilkin tədqiqаt оbyеkti kimi götürən Qrеbnеr burаdа 6-dаn 8-dək müstəqil "mədəni" dаirənin mövcud оlduğunu və bunlаrın hər birinin bir nеçə (5-dən 20-dək) mədəni еlеmеntdən ibаrət оlduğunu göstərmişdir. О, bir çох mаddi mədəniyyət fоrmаlаrını, ictimаi həyаtın və mənəvi mədəniyyətin bəzi аmillərini bu еlеmеntlər sırаsınа аid еdirdi. F. Qrеbnеr bu mədəni dаirələrə dахil оlаn hər bir mədəni аmili хəritələşdirməyə (kаrtоqrаfiyаlаşdırmаğа) çаlışmışdır. Bu yоllа bəzən mədəni dаirələr üst-üstə düşür və mədəni təbəqələr yаrаdılırdı. О, mədəni dаirələrin cоğrаfi vilаyətlər dахilində yаyılmаsındаn, оnlаrın yаrаnmаsı və yаyılmаsı yоllаrındа zаmаn аrdıcıllığı nəticəsinə gəlirdi.
Naum Qrebnev
Naum Isayeviç Qrebnev (rus. Нау́м Иса́евич Гре́бнев, əsl soyadı Rambax-dır (rus. Рамбах); 20 noyabr 1921, Harbin – 2 yanvar 1988, Moskva) — Sovet Rusiya şairi, Qafqazın və Şərq xalq poeziyası və klassik şairlərinin tərcüməçisi. Onun tərcümə etdiyi və ya iştirakı ilə yazılan 150-dən çox kitab nəşr edilmişdir. 20 noyabr 1921-ci ildə Harbin şəhərində yəhudi ailəsində anadan olmuşdur. Atası İsay Naximoviç Rambax 1919-1924-cü illərdə Harbin şəhərində rusdilli Sovet qəzetinin ("İrəli", "Tribuna") redaktoru idi. Həmçinin, atası 1926-cı ilin iyulundan Moskvada Sovtorgflot-da, daha sonra Vseximprom-da (SSRİ Ali İqtisadi Şurasının Ümumittifaq Kimya Sənayesi Birliyi) işləmişdir, 1931-ci ilin sentyabr ayında Moskvada vəfat etmişdir. Anası, Yelizaveta Iosifovna (əsl adı Leya Iosifovna Rambax (qızlıq soyadı Halberq idi, 1899-1991)), xarici dillər müəllimi və tərcüməçi idi, Yazıçılar Birliyinin Xarici Komissiyasında işləmişdir, evakuasiya zamanı Daşkənddə ingilis dili dərsləri keçirdi. Onun sayəsində Qrebnev Anna Axmatova ilə tanış oldu. "Harbində" adlı yazılı xatirələri saxlanılmışdır, hansında ki o, bir sıra məsələlərlə yanaşı, Harbin sakinlərinin həbsi, o cümlədən yazıçı Yuri Nikolayeviç Abdaşevin anasının həbsi və illər sonra onu necə tapması barədə bəhs etmişdir.
Libania Qrenot
Libania Qrenot Martines Skafetti (12 iyul 1983, Santyaqo-de-Kuba[d]) — Kuba əsilli İtalyan atletidir. == Həyatı == Kubalı Grenot, atletizm həyatına burada başladı. 2006 cı ildə bir İtalyanla evlənərək bu ölkəyə köçüb. 2008-də isə vətəndaşlığa qəbul edildi. 2008 Pekində 400 metr qaçış yarı finalında 50.83-lə İtaliya rekordu qırdı lakin finala qala bilmədi. Pescaradakı 2009 Aralıq dənizi Oyunlarında 400 metri 50.30-la tamamlayaraq qızıl medal qazandı və özünə aid İtaliya rekordunu yenilədi.
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.