Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
QAKA
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qaval daşı
Qaval daşı – bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. == Sayları == Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. == Hakimiyyəti == 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsi ilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm)Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır == Şifrləmə alqoritmi == Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindirAsanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur.Digər tərəfdən k-nı göstərilən intervalda deyildə 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. == Deşifrləmə alqoritmi == x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsi ilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p)bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar. Praktiki hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:M≡b(ax)-1 mod p= b*a (p-1-x) mod p El-Qamal sxeminə aid aşağıdakı misala baxaq: Şifrləmə:Fərz edək ki, M=5 məlumatını şifrləmək tələb olunur.
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb.Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı. Qəbələdə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Fehervar-Qəbələ matçında çıxıb.
Lui van Qaal
Luis van Qaal (8 avqust 1951, Amsterdam) — Hollandiyalı keçmiş futbolçu və baş məşqçi. Hal-hazırda Mançester Yunaytedin baş məşqçisidir. == Klub karyerası == 1973-1977-ci illər arasında Belçikanın Royal Antverp futbol klubunda, 1977-1978-ci illərdə isə Hollandiyanın Telstar və 1978-1986-cı illərdə AZ Alkmaar klublarında yarımmüdafiəçi olaraq oynamışdır. == Baş məşqçilik karyerası == Baş məşqçilik karyerasına 1986-cı ildə Ayaksın baş məşqçi köməkçisi kimi başlamışdır. 1991-ci ildə baş məşqçi vəzifəsinə gətirilmişdir. 1997-ci ilə qədər davam edən Ayaks baş məşqçiliyində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. 1992-ci ildə UEFA Kubokunu qazanmışdır.1994, 1995 və 1996-cı illərdə Hollandiya çempionatını, 1993-cü ildə Hollandiya Kubokunu, 1994, 1995 və 1996-cı illərdə Hollandiya Super Kubokunu qazanmışdır. 1997 - 2000-ci illərdə Barselonada baş məşqçilik etmişdir. Bu müddətdə, 1997/98-ci illərdə UEFA Superkubokunu, 1998/99-cu illərdə isə həm La Liqa, həm də İspanya Kral Kubokunu qazanmışdır. O, 2000/01-ci illərdə Hollandiya milli futbol komandasına baş məşqçilik etmişdir.
Luis van Qaal
Luis van Qaal (8 avqust 1951, Amsterdam) — Hollandiyalı keçmiş futbolçu və baş məşqçi. Hal-hazırda Mançester Yunaytedin baş məşqçisidir. == Klub karyerası == 1973-1977-ci illər arasında Belçikanın Royal Antverp futbol klubunda, 1977-1978-ci illərdə isə Hollandiyanın Telstar və 1978-1986-cı illərdə AZ Alkmaar klublarında yarımmüdafiəçi olaraq oynamışdır. == Baş məşqçilik karyerası == Baş məşqçilik karyerasına 1986-cı ildə Ayaksın baş məşqçi köməkçisi kimi başlamışdır. 1991-ci ildə baş məşqçi vəzifəsinə gətirilmişdir. 1997-ci ilə qədər davam edən Ayaks baş məşqçiliyində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. 1992-ci ildə UEFA Kubokunu qazanmışdır.1994, 1995 və 1996-cı illərdə Hollandiya çempionatını, 1993-cü ildə Hollandiya Kubokunu, 1994, 1995 və 1996-cı illərdə Hollandiya Super Kubokunu qazanmışdır. 1997 - 2000-ci illərdə Barselonada baş məşqçilik etmişdir. Bu müddətdə, 1997/98-ci illərdə UEFA Superkubokunu, 1998/99-cu illərdə isə həm La Liqa, həm də İspanya Kral Kubokunu qazanmışdır. O, 2000/01-ci illərdə Hollandiya milli futbol komandasına baş məşqçilik etmişdir.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. == Həyatı == Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Ağakar
Ağakar — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Azərbaycan dilində Ağa (şəxs adı ya titul) və türk dillərində qar "alınmaz (sıldırım mənasında) qaya" sözlərindəndir. Cənubi Qafqazda bir sıra qaya və dağ adlarında qar (kar) sözünü erməni tədqiqatçıların erməni dilində kar - "daş", "qənbər", "qaya" sözü hesab edərək nə vaxtsa oralarda ermənilərin yaşadıqlarını yazmaları tamamilə səhvdir. Azərbaycanda ikinci komponenti qar, kar sözündən ibarət çoxlu dağ adı vardır: Buzuduxqar (Kəlbəcər rayonu), Kəçələqar (yenə orada) Qoşqar, Qoşunaqar (Gədəbəy rayonu), Qoşunkar (Oğuz rayonu ), Ləzgiqar (Şəmkir rayonu), Lölükqar (Daşkəsən rayonu), Çinqar (Xanlar rayonu), Çoxqar (Şəki rayonu), Şıxqar (Kəlbəcər rayonu), İnqar (İsmayıllı rayonu) və s. XIX əsrda Borçalı bölgəsində Babakar, Yastıqar, Əyriqar, Tünkar, Qazax qəzasında Siskar və Şarkar dağ adları vardı. Qazaxıstanda Zanqar, Türkmənistanda Qızılqar və b. dağ adları da bu sıraya aiddir. Ola bilsin oronim ərəbcə əxi (Sufi ordeninə mənsub dərviş və s.) və qar "mağara" sözlərindən ibarətdir.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Baykal
Baygöl (saxa Баай күөл) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir. Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir. == Etimologiyası == Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Gaahl
Christian Eivind Espedal — 7 avqust 1975-ci ildə Norveçdə anadan olub. Gorgoroth adlı black metal qrupunun vokalisti olduğu müddətdə tanınmışdır. Trelldom və Gaahlskagg adlı qrupların qurucusu və eyni zamanda üzvüdür. == Həyatı == Christian, 1975-ci ildə Norveçdə anadan olmuşdur. Gaahl, gənclik illərini Fjaler bələdiyyəsinin sərhədləri daxilində yerləşən Espedal kəndində keçirmişdir. Hal-hazırda zamanının əsas hissəsini Bergendə keçirməsinə rəğmən, ailəsi ilə bərabər, uşaqlığının keçdiyi kənd evini də zamanla ziyarət edir. == Kilsə qundaqlama == 1990cı ildən başlayaraq bəzi black metal qruplarının üzvləri kilsələri qundaqlamağa başlamışdı. Gaahldan bu haqqda olan fikirlərini soruşan jurnalistə Gaahl, "Daha çox olmalıdır və daha çox olacaq" demişdir.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfin idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. == Tarixi == 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. == Toponimikası == Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatkal
Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — Qırğızıstan və Özbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır. == Təsviri == Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km². Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir.