Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Bergü
Bergü - Türk xalq inancında qeyri-adi qabiliyyətlər əldə etmək, Tanrı vergisi xüsusiyyətlər qazanmaq, bəzən müqəddəs yuxu görmək, ruhun hərəkətli hissəsinin bədəndən ayrılaraq mücərrəd diyarlara səfər etməsidir. Vəhy və ya ilham mənasını verir. Əsin (ilham) almaq deməkdir. Bergi və ya Vergi də deyilir. == Tərif və məzmun == Bir ozanın, üç badə içdiyi yuxunu görməsi. Bu yuxuda ozanın dilindən və burnundan köpük gəlir, qan boşalar. Özünə üç badə (qədəh) verilər. İlk badəni bir qurtumda içib "Yaradan eşqinə!" deyər. İkincini iki qurtumda içərkən "Yalvaç xətrinə!" deyə səslənər. Üçüncünü "Yar xətrinə!" deyərək üç qurtumda içər.
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Girsu
Girsu (şum. 𒄈𒋢𒆠) — qədim Şumer şəhəri. Laqaşdan təxminən 25 km (16 mil) şimal-qərbdə, müasir Təll Tello, Ziqar mühafəzəsi, İraqda yerində yerləşir. == Tarixi == Girsuda insanlar Übeydlər dövründə (e.ə. 5300–4800) məskunlaşmışdır, lakin mühüm fəaliyyət səviyyəsi erkən sülalə dövründə (e.ə. 2900–2335) başlamışdır. Qudea zamanında, Laqaşın ikinci sülaləsi dövründə Girsu Laqaş Krallığının paytaxtı oldu və siyasi hakimiyyət Laqaş şəhərinə keçdikdən sonra onun dini mərkəzi olmağa davam etdi. III Ur dövründə Girsu imperiyanın əsas inzibati mərkəzi idi. Urun süqutundan sonra Girsu əhəmiyyətini itirdi, lakin təxminən e.ə. 200-cü ilə qədər məskunlaşıldı.
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Gərgul
Yuxarı Gərgul (Piranşəhr)
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Gərrus
Gərrus
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. == Həyatı == Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar. Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. == Əhalisi == 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəq
Qərəq - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki “Qırx sütun” sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi “Çiçəklər bağı” əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-“qərəq” ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Gerra
Gerra (q.yun. Γέρρα, Gérrha) — Şərqi Ərəbistanda, İran körfəzinin qərb tərəfində qədim şəhər. == Təsviri == Strabon şəhəri "qapıları, divarları, damları rənglərlə dolu olan böyük evləri bir yana, ailə qızılı, düz [Qəvaim] üçbucaqları və içki şüşələri kimi qızıl və gümüşdən hazırlanmış bəzəkli alətlər, qızıl, gümüş və müqəddəs daşlar"ı varmış kimi təsvir edir. == Mənşəyi == Strabon sakinləri ərəblər kimi təsvir etmişdir. O, qeyd etmişdir ki, "ticarətləri sayəsində gerralılar ərəblərin ən zəngini olmuşdular". Digər mənbələr sakinlərin həqiqətən də ərəb olduqları ilə razılaşır. Yunanıstanda tapılan petroqliflərin Gerradan olan "Tərm əl-Lat" (Əl-Latın qulluqçusu) adlı bir adam tərəfindən göndərildiyi aşkar edilmişdir.
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
ABŞ gerbi
ABŞ gerbi (ing. Great Seal of the United States) — Amerika Birləşmiş Ştatlarının dövlət gerbi.
Aleksandr Gerst
Aleksandr Gerst (alm. Alexander Gerst‎; 3 may 1976 və ya 1976) — alman alimi, geofizik və kosmonavt. Almaniyada 11-ci, dünyada 539-cu kosmonavt. Təbiət elmlər doktoru, Alman və Amerikan geofizika cəmiyyətilərinin üzvü. == Həyatı == Aleksandr Gerst 3 may 1976-cı ildə Baden-Vürtemberqin, Künzelsau şəhərində anadan olub. 1995-ci ildə Eringen (Almaniya) şəhərində texniki bir yanaşma ilə liseyi bitirmiş və Almaniyanın Karlsrure Universitetinə daxil olmuşdur. Məktəbdə oxuyarkən, Gerst könüllü olaraq yanğınsöndürən və xilasedici kimi çalışmışdır. 1999-cu ilin oktyabrında universitetdən fərqlənərək, fizika və geofizika üzrə bakalavr dərəcəsi almışdır. 1998-ci ildən 2003-cü ilədək universitetlərdə təhsil alırkən, Antarktika da daxil olmaqla, müxtəlif beynəlxalq elmi təcrübələrə qatılıb. 2001–2003-cü illərdə, Yeni Zelandiyadakı bir vulkan ekspedisiyası üzərində hazırlanmış, vulkanik fəaliyyətin monitorinqi üçün yeni bir metod hazırlanmış, nəticələr elmi bir jurnalda dərc edilmişdir.