QƏRƏZ₁

is. [ ər. ]
1. Məqsəd, niyyət, məram
…Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. Dərbəndnamə”.
[Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? M.F.Axundzadə.
[Bədircahan bəyim:] Mən qana bilmirəm, sənin qərəzin nədir? N.Vəzirov.

2. Gizli məqsəd, pis niyyət, gizli ədavət.
Şəxsi düşmənlərdən doğan tənqid bir parça qərəzdən ibarətdir. M.S.Ordubadi.
Şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edərik. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRƏZ I qərəz bax məqsəd, niyyət II qərəz bax xülasə I
  • QƏRƏZ məqsəd — niyyət — məram
  • QƏRƏZ xülasə — nəticə

Omonimlər

  • QƏRƏZ QƏRƏZ I is. [ ər. ] Məqsəd, niyyət, məram. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? (M.F.Axundzadə)

Etimologiya

  • QƏRƏZ Ərəbcədir, “gizli düşmənçilik” deməkdir (qərəzkarlıq...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏRƏNFİLLİK
QƏRƏZ₂
OBASTAN VİKİ
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.
Qərəzçilik
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.

Digər lüğətlərdə