Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşuşen
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Deniz Dağdelen
Deniz Dağdelen (18 iyul 1997, Türkiyə) — Türkiyəli taekvondoçu. Deniz Dağdelen Türkiyəni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Deniz Dağdelen birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Zimbabvenin nümayəndəsi Admire Tşitşiliza üzərində 25:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Avstraliyanın nümayəndəsi Beyli Luis ilə üz-üzə gəldi və rəqibinə 18:8 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Dağdelen Misirin nümayəndəsi Moaz Nabil ilə üz-üzə gəldi və rəqibinə 21:9 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə isə rəqibi Cənubi Koreya nümayəndəsi olan Kim Tae-huna 7:27 hesabı ilə məğlub oldu.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.
Co Dassen
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Ruben Madsen
Ruben Madsen (26 dekabr 1953, Nyukyobinq-Mors[d]) — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Şirəli dağdan endi
Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.
Şirəli dağdan endi (film, 1966)
Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.