Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Daks
Daks (fr. Dax, bask Akize) — Fransanın cənub-qərbdə yerləşən kommuna, departament — Landlar, inzibati region — Akvitaniya. Uzun müddət Qaskon tarixi vilayətin tərkibində olmuşdur. Fransanın məşhur balneoterapiya kurortudur. === Muzeylər === Borda muzeyi. 1807-ci ildə Daks şəhərində açılan şəhər muzeyi Jak-Fransua Borda d'Oronun qiymətli kolleksiyasına ev sahibliyi etdi. 1876-cı ildə bir qrup yerli partriotlar regionun tarixi və arxeologiya öyrənən Borda Cəmiyyəti adlanan elmi bir cəmiyyət qurdular. Muzeydəki kolleksiyaya İç şəhərinin tarixi ilə yanaşı, bir çox sənət əsərləridə aiddir. Jorjetta Düpui muzeyi (fr. Georgette Dupouy).
DAK
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Daki İordanov
Daki İordanov (bolq. Даки Йорданов; 13 sentyabr 1893 və ya 1 (13) sentyabr 1893 – 5 aprel 1978, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Daki İordanov bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Əsas elmi işləri sistematika, geobotanika, floristika, ekologiya və Bolqarıstanın və digər Balkan yarımadası ölkələrinin ali bitkilərinin öyrənilməsinə həsr edilmişdir. Daki İordanov 120-dən artıq elmi işin müəllifidir. Silene velcevii növünü təsnif etmişdir. == Şərəfinə adlandırılmış taksonlar == Myosotis jordanovii Verbascum jordanovii Anthemis jordanovii Poa jordanovii Vicia jordanovii Brassica jordanovii == İstinadlar == == Ədəbiyyat == Jordanow, Daki. In: Taschenlexikon Bulgarien, Bibliographisches Institut Leipzig 1983, Seite 87.
Daks (rayon)
Daks (fr. Dax) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 196 899 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 3194 km².
Daffi Dak
Daffi Dak və ya Ördək Daffi (ing. Daffy Duck) — antromorfik qara rəngli ördək, cigi film personajı. Bədəni qara, ayaq və dimdiyi narıncı rəngdədir. Boynunda ağ halqa şəkilli lələklər var. Pəltək danışığı var, danışanda tüpürcək saçır. Baqz Banni və donuz Porkidən sonra ekranda ən çox görülən üçüncü personaj hesab olunur. Cizgi filmlərdə əksər hallarda donuk Porki və Baqz Banni ilə birlikdə çəkilmişdir. İnsanlar Daffini ilk dəfə 17 aprel 1937-ci ildə yayımlanan "Donuzun ördək ovu " cizgi filmi ilə tanıdılar. Cizgi filmin rejissoru Teks Everi idi. Daffi obrazını tam 52 il boyunca Mel Blank səsləndirmişdir.
Donald Dak (personaj)
Donald Dak və ya Ördək Donald (ing. Donald Duck) — 9 iyun 1934-cü ildə "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Tam adı Donald Fauntleroy Dak (ing. Donald Fauntleroy Duck) kimi səslənir. 1934-1985-ci illər ərzində Klorens "Daki" Neş ölümünə qədər Donald Dakı səsləndirmişdir. 1985-ci ildən başlayaraq bir müddət personajı Toni Anselmo səsləndirmişdir. Donald Dak personajı Skandinaviya ölkələrində daha çox populyarlıq qazanmışdır. 2004-cü ilin avqust ayında Şöhrət xiyabanında ulduzu qazanmışdır. == Böyük Vətən müharibəsi dövründə == Donald Dak məşhurluğunu daha çox İkinci dünya müharibəsi dövründə qazanmışdır. Döyüşə gedən əsgərlərdə daha çox sevinc hissi yaratmaq üçün 1943-cü ildə "Fürerin üzü" adlı qısametrajlı cizgi filmi nümayiş etdirilir.
ABŞ-dakı türk lobbisi
CAR-dakı vulkanların siyahısı
Cənubi Afrika ərazisindəki vulkanların siyahısı == Qeydlər == Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Green Baku (Yaşıl Bakı)
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Adak
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
DADP
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci ildə DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
DAİŞ
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — İraq və Suriya ərazisində əsas olaraq isə Afrikada fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…], Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi, özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 – 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar — məsələn, çəyirtkə qorxusu — onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dang
Dang — çəki ölçü vahidi. == Ümumi məlumat == Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Dahi
Dahi (lat. genius - “ruh”) — tanınmış elmi kəşflərdə və ya fəlsəfi konsepsiyalarda, texniki və ya texnoloji ixtiralarda, sosial transformasiyalarda, mədəniyyətin bir çox sahələrində uzunmüddətli nəticələrdə və sənət əsərlərinin yaradılmasında özünü göstərən fərdin intellektual və ya yaradıcı fəaliyyətinin ən yüksək səviyyəsi. Müəyyən fəaliyyət sahəsində nailiyyətlər yeni mərhələ kimi qiymətləndirildikdə, zamanını qabaqladıqda, mədəniyyətin ən yaxın inkişaf zonasını təşkil etdikdə dahilikdən bəhs edilir. Ənənəvi olaraq (İ.Kantdan başlayaraq) “dahi” termini istedad haqqında fikirlərlə əlaqələndirilir, lakin bir çox müəlliflər (məsələn, C. Lombrozo, V. Hirş, A.V. Libin ) bu anlayışları sistemli şəkildə fərqləndirirlər .
Damn
Damn (orijinal adı: DAMN.) — ABŞ repçisi Kendrik Lamarın dördüncü studiya albomu. 14 aprel 2017-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
Dama dama mesopotamica