Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Dandıq
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. == Toponimikası == Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Dandıx
Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir. == Toponimikası == Dandıx oyk, sadə. Qəbələ r-nunun Tikanlı i.ə.v.-də kənd. Zəngəlqaya dağının ətəyindədir.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Darvaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Darvin
Darvin — Dünyada işlədilən ad, soyad, təxəllüs. Bu adı olan tanınmış şəxslərÇarlz Darvin — çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası.Yaşayış məntəqələriDarvin (şəhər) — Avstraliyada şəhər.QuşlarDarvin tinamusu — quyruqsuz tinamu cinsinə aid heyvan növü. Darvin nandusu — nandu cinsinə aid heyvan növü.DigərDarvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Markiz
Markiz (fr. marquis, ing. marquess, it. marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu. İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır. İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. == Qarpızın faydaları == Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Andız
Andız (lat. Inula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Latın dilində "Inula" adlanır. Lüğəti mənası inaein — təmizləmək deməkdir. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində geniş istifadə olunur. Xalq təbabətində təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 13 növü geniş yayılmışdır. == Növləri == Inula acaulis Schott & Kotschy ex Boiss. Inula acuminata Royle ex DC. Inula angustifolia DC. Inula arbuscula Del.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində «ardıc, ardıc kolu» mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 293 nəfər, 1914 - cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurululandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Artız

Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız

Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Adi qarpız
Adi qarpız (lat. Citrullus lanatus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü. == Botanik özəllikləri == Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir. == Becərilməsi == Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır.