Naxçıvan Daşduz Yatağı
Naxçıvan Daşduz Yatağı — Babək rayonunu ərazisində, Naxçıvan şəhərindən 12km şimal-qərbdə, Duzdağın cənub yamacındadır.
Geoloji quruluşunda Üst Miosen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Üst Miosen çöküntüləri tərkibində əhəngdaşı, mergel, alevrolit və vulkan külü laycıqları olan gil, qumdaşı və müxtəlif dənəvər qumlardan ibarətdir. Yataqda 5 daşduz layı aşkar edilmişdir və yalnız üst hissədəki iki lay sənaye əhəmiyyətlidir.. I lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun qalınlığı 4,4–10,3 m (orta qalınlıq 6,0m) təşkil edir. II lay I laydan 6–9 m qalınlığında gil layı ilə ayrılır və duzun qalınlığı 6,3–10,8 m təşkil edir. Duzun rəngi gilli-qumlu törəmələrin miqdarından asılı olaraq ağ və açıq-bozdur. Yataq 1926-cı ildən istismar olunur. NaCl-un miqdarı 92–98,5%-dir. Yatağın sənaye ehtiyatı 124506 min tondur.