Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dezinseksiya
Dezinseksiya (yun. Insectum - həşərat) — infeksiya xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir. Üç qrupa ayrılır: təbii k.t. və baytarlıq dezinseksiyası üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa (profilaktik dezinseksiya) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir. Profilaktika məqsədilə aparılan tibbi dezinseksiyaya bədəni tez-tez yumaq, yumşaq mebelləri şotka və ya tozsoranla təmizləmək, zibil qablarını təmiz saxlamaq və s. aiddir. Məhvedici dezinseksiya kimyəvi, fiziki və bioloji üsullarla aparılır. Kimyəvi üsulla dezinseksiya üçün insektisid olaraq fosfor üzvi birləşmələr (o cümlədən xlorofos) prietrum, boraks və s.-dən istifadə edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir.
Dezinfeksiya
Dezinfeksiya (lat. Inficere — yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi olub, törədicinin yoluxma yollarını və amillərini, deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları var: Bioloji üsulla axar sular və gölməçələr Dezinfeksiya edilir. Fiziki üsulla yüksək temperatur (quru və rütubətli isti hava), normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş tətbiq olunur. Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları fırça ilə, mebel və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün olmadıqda kimyəvi üsuldan istifadə edilir.