Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərgəz
Dərgəz (Farsca: درگز, qədim adı: 'Məhəmmədabad') — İranın Rəzəvi Xorasan ostanında şəhər. Ostanın eyni adlı Dərgəz şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə rəsmi əhalisi 34.305 nəfər ve 9.196 ailədir. Şəhər əyalətin şimalında, Türkmənistan sərhəddi yaxınlıqında yerləşir. Məşhədə 266 km. uzaqlıqdakı şəhər, 22 nömrəli magistralından 130 km. içəridədir. Qədim adı 'Məhəmmədabad' olan şəhər, şübhəsiz İran mədəniyyətinin ən əski mərkəzlərindən birisidir.Yaxınındakı dağlıq saytda aparılan qazıntılar, Fars və Sasani dönəmləri və tarix öncəsi çağlara qədər uzanan əsərlər ortaya qoymuşdur.Çox sayda höyük və digər antik saytları da saytın zəngin tarixi və mədəni irsin çox dəlil vermişdir. İslam döneminden sonra Dara, Daragyard, İslam öncəsi dönəmdə fars Pavart və Bavard, Əbivərd adlarıyla şəhər ətrafı tarix boyunca fərqli adlarla məlumdur. Zəngin bazarı və bərəkətli torpaqlara giriş sayəsində, şəhərin qonşu Nisaya görə çox daha rifahlı və böyük Xorasan sahəsinin ən böyük və ən zəngin şəhərlərindən biri olaraq tanınır.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Kərgə
Kərgə (lat. Rhodeus) — Çəkikimilər fəsiləsinin nümayəndəsi. Bədəni hündür, yanlardan basıq, pulcuqlar iri, eninə pulcuq sıralarının sayı 32-40-dır. Yan xətt tam deyildir.Udlaq dişləri bir sırada yerləşir,sayı 5-5 olur.Dişlərin yanları basıq və hamardır.Ağız kiçik, azca çəpəki və aypara şəklindədir.Bel üzgəci uzunsovdur və qarın üzgəclərinin əsasından bir qədər geridəki səviyyədə başlayır.Anus üzgəci bel üzgəcinin qurtaracağına bir qədər qalmış vertikaldan başlayır.Periton pərdəsi qaradır.Bağırsaq kanalı uzundur.Kiçik balıqıardır. Azərbaycan sularında 1 növü yaşayır. Adi kərgə (Rhodeus amarus) == Növləri == Rhodeus amarus (Bloch, 1782) Rhodeus amurensis (Vronsky, 1967) Rhodeus atremius (Jordan and Thompson, 1914) Rhodeus colchicus Bogutskaya and Komlev, 2001 Rhodeus fangi (Miao, 1934) Rhodeus haradai Arai, Suzuki and Shen, 1990 Rhodeus laoensis Kottelat, Doi and Musikasinthorn in Kottelat, 1998 Rhodeus lighti (Wu, 1931), син. Pseudoperilampus lighti (Rhodeus ocellatus (Kner, 1866)) Rhodeus pseudosericeus Arai, Jeon and Ueda, 2001 Rhodeus rheinardti (Tirant, 1883) Rhodeus sciosemus (Jordan and Thompson, 1914) Rhodeus sericeus (Pallas, 1776) Rhodeus sinensis Günther, 1868 Rhodeus smithii (Regan, 1908) Rhodeus spinalis Oshima, 1926 Rhodeus suigensis (Mori, 1935) Rhodeus uyekii (Mori, 1935) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.168.
Lərgə
Lərgə (lat. Vicia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Perge
Perge — (yun. Πέργη) Antalyanın 18 km şərqində, Aksu ilçəsi sərhədləri içində olan, bir zamanlar Pamfilya bölgəsinə paytaxtlıq etmiş antik bir şəhərdir. Şəhərdəki akropolisin tunc dövründə qurulduğu düşünülməkdədir. Ellinizm dövrü ərzində şəhər köhnə dünya içərisindəki ən zəngin və gözəl şəhərlər arasında sayılmaqdadır. Bundan əlavə Yunan riyaziyyatçısı Pergeli Apolloniusun məmləkətidir. == Tarixi == Şəhərin tarixçəsinin başlanğıcı tək olaraq deyil, ancaq Pamfilya bölgəsi ilə birlikdə araşdırılır. Region içərisində tarix öncəsi çağa aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Mağaralar içərisində ən tanınmış olan quru mağarası, Karainin qonşusu olan Öküzün mağarası, Beldibi, Bəlbas qaya sığınacaqları və Badamağacı bölgədəki ən tanınmış tarix öncəsi yaşayış sahələridir. Məskunlaşma nümunələri göstərir ki, Pamfilya ovası tarix öncəsi çağlardan etibarən məskunlaşması əlverişli və sevilən bir bölgədir. Perge akropolisinin plato düzləminin tarix öncəsi dövrlərdən etibarən yaşayış üçün seçim edilən bir sahədə olduğu qəbul edilmişdir.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Adi kərgə
Adi kərgə (lat. Rhodeus sericeus) — çəkikimilər dəstəsinin nümayəndəsisdir. == Yayılması == Kərgəyə Fransadan tutmuş Neva çayı hövzəsinədək rast gəlmək olar.Qaradəniz hövzəsində, Xəzərdə, Qabırı çayı hövzəsində yaşayır. Kiçik Asiyada da qeydə alınır. Azərbaycan hüdüdlarında Aşağı Kürdə onun bütün qollarında, müxtəlif göl və axmazlarda, eləcə də Soyuqbulaq, Gəncə çaylarında, Həkərinin aşağılarında və Kiçik Qızılağac körfəzində yayılmışdır. == Morfoloji əlamətləri == Bədəni hündür, pulcuqları iridir. Yan xətti 4-9 pulcuqdan ibarətdir.Qarın tərəfi qaradır. Uzunluğu 10 sm-ə qədərdir. Bədənin arxa hissəsində ensiz gümüşü zolaq vardır. Cinsi differensiasiya aşkar ifadə olunmasa da, kürütökmə zamanı erkəyin böyürləri və qarnı qövsi-qüzeh rəngi alır, bel və anal üzgəcləri qızarır.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
CERGE-EI
CERGE-EI (Center for Economic Research and Graduate Education – Economics Institute) Nyu-York Dövlət İdarə Heyətinin imtiyazıyla Amerikan üslublu İqtisadiyyat üzrə Master və Doktorantura, həmçinin Tətbiqi İqtisadiyyat üzrə Master (MAE) proqramları və Mərkəzi Avropa Elmləri üzrə bakalavr tələbə proqramı təchiz edən akademik institutdur. CERGE-EI həmçinin nəzəri və tətbiqi siyasi iqtisadiyyat üzrə tədqiqatlar da həyata keçirir. CERGE-EI Çarlz Universitetinin İqtisadi Tədqiqatlar və Aspirantura Təhsili üzrə Mərkəzinin və Çex Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlmişdir. Mərkəz 1991-ci ildə Jan Švejnar və Jozef Zieleniec tərəfindən post-kommunist ölkələrindən yeni nəsil iqtisadiyyatçıların yetişdirilməsi məqsədi ilə yaradılmışdır. Hal-hazırda CERGE-EI-yə təhsil üçün Mərkəzi və Şərqi Avropadan, Rusiyadan və keçmiş Sovet respubliklarından, Mərkəzi Asiya və digər ölkələrdən tələbələr gəlirlər. = CERGE-EI-nin akademik icması = İnstitutun tələbə icması dünyanın 30 ölkəsindən, əsasən də Mərkəzi və Şərqi Avropa və post-Sovet ölkələrindən gələn təxminən 120 tələbədən ibarətdir. CERGE-EI nin daimi müəllim heyətini müxtəlif ölkələrdən olan 19 alim təşkil edir. Əsas heyət üzvləri iqtisadiyyat üzrə PhD dərəcəsini tanınmış ABŞ və Qərbi Avropa universitetlərində almışlar. Yeni müəllim heyətinin üzvləri akademik iqtisadiyyatçıların beynəlxalq bazarı vasitəsilə cəlb edilir. İnstitutun iş dili İngilis dilidir.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Dərgəz şəhristanı
Dərgəz şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dərgəz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 73,439 nəfər və 19,435 ailədən ibarət idi.
Dəriğə Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib.O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.
Dərnə döyüşü
Dərnə döyüşü — 5 oktyabr 1911-ci il və 18 oktyabr 1912-ci il tarixlərində Tripoli müharibəsi əsnasında Dərnəyi ələ keçirmək istəyən italyanlar arasında gedən döyüş. == Döyüşün gedişatı == İtalyan qoşunları 1 oktyabr 1911-ci ildə Tripolinin mühasirəsini elan etdikdən üç gün sonra şəhərə daxil olduqda, bir qrup italyan ilk donanması Birliyin önünə gələndə şəhər ağsaqqalları bir heyət göndərdi və admiraldan şəhəri bombalamamasını istədi. Admiral Presbitero, şəhərdəki Osmanlı qüvvələrinin təslim olduqları və Osmanlı qüvvələrinin təslim olmaq şərtilə bombardmanlardan imtina edəcəyini açıqlamışdı.Komandir Mustafa Kamal Atatürk 8 dekabr 1911-ci ildə Misir və Tunis vasitəsilə bir qrup könüllü zabitlə gizli şəkildə Liviyaya gəldi. Dekabrın 22-də o, komandanlığı altında könüllü hərbçilərlə birlikdə Tobruk döyüşündə italyan qoşunlarını məğlub etdi. Dənizə püskürən italyanlar, çimərlikdə lövbərlənmiş hərbi artilleriya dəstəyi sayəsində quruda qalmağı bacardılar. Liviyada ilk dəfə olaraq, İtaliya ordusu müharibədə kəşf və hava-yer hücumu üçün təyyarələrdən istifadə etdi. Baş qərargah rəisi vəzifəsinə irəli çəkilən Mustafa Kamal 16 yanvar 1912-ci ildə təyyarədən atılan bomba ilə sol gözündən yaralanmışdır. Bir ay xəstəxanada müalicə olunmasına baxmayaraq bomba yarası Mustafa Kamalın gözünə qalıcı ziyan vurdu. İtalyan qoşunları Sunini partizanlarının əksəriyyətinə qarşı müvəffəq ola bilmədi və hərbi artilleriya atəşi ilə qorunan sahil ərazisindən kənara çıxa bilmədi. == Döyüşün sonu == Osmanlı İmperiyası İtaliya ilə Barışıq Sazişini imzaladıqda, Derne italyanlara təhvil verildi.
Dərəq (Mərənd)
Dərəq (fars. درق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (90 ailə).
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsi ilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsi ilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük”ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış “Kərkük“ daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı “Kərkük” 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Qara lərgə
Qara lərgə (lat. Vicia nigricans) — paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
The Verge
"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir. "The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir. == Tarixi == 2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür. == İstinadlar == == Xarici keçidlər == D. Aamoth.
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. == Haqqında == "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. == Məlumat == İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.