DƏRGƏ

Çay üzərində ağacdan düzəlmiş keçid (körpü).

Bulud olan qalxar havada gəzər,

Aşiq olan yarçün bağrını əzər,

Qəvvas olan girər dərində gəzər,

Bir dərin var, bir dərgə var, bir dayaz!

                                                       (“Qurbani”)

DƏRDMƏND
DƏRGUŞ FARS
OBASTAN VİKİ
Dərgəməlik yaşayış yeri
Dərgəməlik yaşayış yeri — Ordubad rayonunun Bist kəndindən şimalda, dağların arasında yerləşir. Yaşayış yerindəki binalar daş, möhrə və kvadrat formalı çiy kərpicdən inşa olunmuşdur. Evlərin qapı və pəncərələri dördkünc formalı olub, başlıca olaraq cənuba yönəlmişdir. Evlər bir, iki, bəzən isə üç otaqlıdır. Onların içərisində divarlarda inşa olunmuş buxarılar vardır. Bəzi evlərin divarlarında kiçik dördkünc formalı taxçalara rastlanır. Yaşayış yerinin yaxınlığında bulaq vardır. Araşdırmalar zamanı yaşayış yerindən çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatı, о cümlədən mətbəx qablarının parçaları aşkar olunmuşdur. Keramika məmulatına əsasən, yaşayış yerini XIV–XVIII əsrlərə aid etmək olar.
Dərgəz
Dərgəz (Farsca: درگز, qədim adı: 'Məhəmmədabad') — İranın Rəzəvi Xorasan ostanında şəhər. Ostanın eyni adlı Dərgəz şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə rəsmi əhalisi 34.305 nəfər ve 9.196 ailədir. Şəhər əyalətin şimalında, Türkmənistan sərhəddi yaxınlıqında yerləşir. Məşhədə 266 km. uzaqlıqdakı şəhər, 22 nömrəli magistralından 130 km. içəridədir. Qədim adı 'Məhəmmədabad' olan şəhər, şübhəsiz İran mədəniyyətinin ən əski mərkəzlərindən birisidir. Yaxınındakı dağlıq saytda aparılan qazıntılar, Fars və Sasani dönəmləri və tarix öncəsi çağlara qədər uzanan əsərlər ortaya qoymuşdur. Çox sayda höyük və digər antik saytları da saytın zəngin tarixi və mədəni irsin çox dəlil vermişdir. İslam döneminden sonra Dara, Daragyard, İslam öncəsi dönəmdə fars Pavart və Bavard, Əbivərd adlarıyla şəhər ətrafı tarix boyunca fərqli adlarla məlumdur.
Dərgəz şəhristanı
Dərgəz şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dərgəz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 73,439 nəfər və 19,435 ailədən ibarət idi.
Dərgəzin şəhristanı
Dərgəzin şəhristanı (farsca: شهرستان درگزین) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Qürvə Dərcəzin (Qürvə) şəhəridir. == Əhalisi == 2016-cı ilin siyahıya alınmasına görə, Dərgəzin şəhristanının əhalisi toplam 36,999 nəfərdən ibarətdir. === Milli tərkibi === Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Seydəli xan Dərgəzi
Seydəli xan Çavuşlu (1856 – 1914) — Çavuşlu oymağının ədib, xan və şairlərindən idi. O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi. Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi.

Digər lüğətlərdə