dərgah
dərhal
OBASTAN VİKİ
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == "Bayram" dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir, A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
Birlik səsi (dərgi)
Birlik səsi (dərgi) — ədəbi və mədəni dərgi. == Məlumat == 1971-ci ildə Türkmən Ədəbiyyatçılar Birliyi tərəfindən Bağdadda çap edilmiş aylıq dərgi olmuşdur. Nəşrin təsisçisi, baş yazarı Adil Fuad, katibi Abdullətif Bəndəroğludur. Ərəb və türkmən dillərində çıxan "Birlik səsi"nin bəzi sayları 48, bəziləri isə 56 səhifədir. Dərginin əksər sayları "Əl Tazəmin", bəzi sayları isə "Əl Dar Əl Ərəbiyyə" mətbəəsində çap edilib. Dərgi 2003-cü il aprelin 9-dan sonra Səddam rejimi və Bəəs Partiyasının hakimiyyəti dövründə bağlandı.
Mişov dağı (dərgi)
Mişov dağı — Tehranda Azərbaycan və fars dillərində nəşr olunan dərgi. "Mişov dağı" dərgisi 1998-ci ildən Tehranda nəşr olunur. Mişov Mədəniyyət Mərkəzi tərəfindən yayınlanan dərginin baş redaktoru tanınmış şair və həkim Aqşin Ağkəmərlidir. Dərgi latın və əski (ərəb) əlifba ilə Azərbaycan türkcəsində və farsca nəşr olunur. Dərginin ildə dörd sayının nəşri nəzərdə tutulsa da, fasilələr səbəbindən bu ardıcıllıq gözlənilməmişdir. Dərginin ümumi həcmi 250 səhifədir. Nəşrə başladığı gündən dərginin səhifələrində Azərbaycan və İran mədəniyyəti, incəsənəti, yazıçı və şairləri haqqında müxtəlif səpkili yazılar dərc edilmişdir. Dərginin müxtəlif saylarında Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və b. şeirləri, həmçinin Türkiyənin şair, yazıçılarının həyat və yaradıcılığı haqqında məqalələr verilmiş, müasir dünya ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılmışdır. Burada 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı ilə bağlı məqalələr də yer almışdır.
Əl-Arin (dərgi)
"Əl Arin" (ərəb. مجلة العرين‎) — ərəb dilində nəşr edilən dərgi. Hərbi, mədəni, şəkilli ərəb dilində nəşr edilən “Əl Arin”in adının mənası “Aslan” deməkdir. 1960-cı ilin iyulunda çap edilmiş yeddinci sayında qeyd edildiyinə görə, İraq Baş Qərargah İdarəsinin 1959-cu il 12 noyabr tarixli rəsmi icazəsi ilə Kərkükdə 2-ci firqə komandanlığı tərəfindən nəşr olunub. Əsgərlik həyatı ilə bağlı mövzuları əhatə edən və zabitlər tərəfindən hazırlanan dərginin yazı işləri katibi leytenant Namiq Bayraqdar idi. İlk sayı 1959-cu il dekabrın 1-i nəşr edilmiş bu dərginin 1961-ci ildə 1958-ci il 14 iyul inqilabının xatirəsinə həsr edilmiş sayı dərc edilib. Daha sonra dərginin başqa saylarının çap edilməsi ehtimal olunmur. Dərginin bütün sayları şəkilli olaraq Kərkükdə Bələdiyyə mətbəəsində çap olunub. Üz qabıqları parlaq kağızlı olub, rəngli nəşr edilirdi.
Əl Rabi (dərgi)
"Əl Rabi" (dərgi) — aylıq dərgi. Sosial və mədəni aylıq dərgi olan “Əl Rabi” dərgisinin rəhbəri Danyal Davud Bünyamin, baş yazarı Timur Sahibqıran idi. 1960-cı il sentyabrın 14-ü təsisçilik hüququ alınmış dərginin 1961-ci il avqustun 6-sı nəşrinin dayandırılması və bu səbəbdən də imtiyazının ləğv edilməsi məlumdur.
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Kərkük Əl Yovm (dərgi)
"Kərkük Əl Yovm" (dərgi) — ərəb dilində çap olunmuş dərgi. == Ümumi məlumat == Kərkük Bələdiyyə dairəsində Licnət Əl Təviy adı ilə qurulmuş 7 nəfərlik məmur heyətinin başlıca vəzifələri arasında bələdiyyənin fəaliyyətini işıqlandıran dövri nəşrin çapı məsələsi də var idi. Bələdiyyə rəhbərliyinin 1968-ci il 25 aprel tarixli sənədinə əsasən qurulmuş bu heyət tərəfindən çap edilmiş "Kərkük Əl Yovm"in mənası "Bugünkü Kərkük" deməkdir. İlk sayı 1968-ci ilin iyununda nəşr edilib. Ancaq 5 sayı dərc edilmiş bu mətbu orqanın son sayı 1972-ci ilin iyulunda işıq üzü görüb. Dərgi formatında ərəb dilində yayımlanmış "Kərkük Əl Yovm"da bələdiyyənin fəaliyyətini işıqlandıran məqalələrlə yanaşı ümumi mövzular da yer alırdı. Bu nəşrin üç sayı 1000, son iki sayı isə 500 nüsxə ilə Bələddiyə mətbəəsində çap edilib.
Səda Əl Şəbəb (dərgi)
"Səda Əl Şəbəb (dərgi)" — tələbə dərgisi. Səda Əl Şəbəb adı ilə çap edilmiş tələbə dərgisi ərəbcə ara-sıra müxtəlif məktəblər tərəfindən yayımlanıb. Vaxtilə şəhərin bir məktəbinin çıxardığı "Səda Əl Şəbəb"in ilk sayı 1949-cu il aprelin 23-üdə nəşr edilib. Dərgi 9x23 ölçüsündə, 24 səhifədən ibarət idi. Üzərində mətbəə adı qeyd edilməyən dərginin Bağdadda çap edilməsi ehtimal olunur. Jurnalın 1950-ci il may sayı "Əl İxlas" adıyla işıq üzü görsə də, birinci səhifəsində sonradan ayrıca kağıza çap edilmiş "Səda Əl Şəbəb" adı yapışdırılıb. Buna səbəb dərginin təsisçisi haqqında adının olduğu kimi qalmalı olması ilə əlaqədardır. Jurnalın bu sayı 40 səhifədən ibarət olub Bağdadda "Əl Ərəbiyyə" mətbəssində işıq üzü görüb. Bu nömrədə Kərküklü şair Hicri Dədənin türk dilində mənzuməsinə də yer ayrılıb. Dərginin 1952-ci il fevral sayı də Bağdadda dərc edilib.
Sədai Kərkük Əl Riyazi (dərgi)
"Sədai Kərkük Əl Riyazi (dərgi)" — ərəb dilində çap edilmiş dərgi. Təsisçilik hüququ alınmadan qalın dərgi formasında və ancaq yerli idman yeniliklərinə həsr edilmiş, şəkillərlə dolu bu ərəbdilli nəşrin ilk üç sayı 1967-ci ildə, 4-cü sayı isə 1968-ci ildə nəşr edilib. Onlardan 1-ci sayı güman olunur ki, 1967-ci ilin fevralında işıq üzü görüb. Nəşrin 1, 2 və 4-cü sayları Kərkükdəki “Şimal”, 3-cü sayı isə “Cümhuriyyət” mətbəəsində işıq üzü görüb. Səhifələrinin sayı 66-90 arasında dəyişən bu nəşr İsmayıl Sərttürkman və Mehmet Huseyn Dağıstani tərəfindən dərc edilib.
Əl Nəşat Əl Fənni (dərgi)
Əl Nəşat Əl Fənni — ərəb dilində nəşr olunan dərgi. Kərkük Maarif Müdirliyinə tabe olan bu nəşrin heyətində rəssam müəllim Mahmud Ubeydi (Bəşirli) və dostları var idi. İncəsənət yeniliklərinə maraq göstərən bu ərəbdilli məktəb nəşri dərgi formatında dərc edilirdi. İlk sayı 1963-cü ildə, son sayı 1963-64-cü illərdə Kərkükdə “Şimal” mətbəəsində çap edilib.
Əl Turas Əl Şəbi (dərgi)
"Əl Turas Əl Şəbi" — 1963-cü ildə Bağdadda folklorla bağlı işıq üzü görmüş dərgi. "Əl Turas Əl Şəbi" dərgisinin ilk sayı 1963-cü il sentyabrın 1-də nəşr edilib. Dərgi türk, ərəb, fars, ingilis, fransız, alman və italyan dillərində dərc olunub. Onun böyük hissəsi ərəb dilində olan materiallara ayrılmış, digər dillərdə isə bir neçə səhifə dərc edilmişdir. Türkman folkloru haqqında məqalələr və folklor örnəklərini əhatə edən dərginin təsisçisi Sabir Şakir Zabit, baş yazarı İbrahim Dakuklu, redaktoru Abdulhəmid Alvəçi və katibi Lütfi Əl Huri idi. Aylıq dərgidə İbrahim Dakuklu, Sabir Şakir Zabit, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat kimi yazarlar çalışırdı. "Əl Turas Əl Şəbi" dərgisinin bir ili tamam olduqdan sonra onun rəhbəri İbrahim Dakuklu, baş yazarı isə Mahmud Əl İbta olub. Eyni zamanda dərgi ikinci ilində digər dillərdə nəşri dayandıraraq ancaq ərəb dilində fəaliyyətinə davam edib.
Əs-Səqafət Əl Hadisə (dərgi)
Əs-Səqafət Əl Hadisə (dərgi) — elmi araşdırma dərgisi. Ərəbcə aylıq elmi araşdırma dərgisi olan "Əs-Səqafət Əl Hadisə"nin təsisçisi Kərkük Müəllimlər Cəmiyyəti, məsul redaktoru isə Ata Tərzibaşı idi. İlk sayı 1954-cü il mayın 1-də çap edilib. İkinci sayı həmin il iyulun 1-i işıq üzü gördükdən sonra bağlanıb. Belə ki, 1954-cü ildə çıxmış 19 saylı qərarın 25-ci maddəsinə görə, İraqda daha əvvəllər qurulmasına icazə verilmiş bütün cəmiyyətlərin ləğv ediıməsi qərara alınmışdı. Beləliklə də, onların çap etdirdikləri mətbu orqanlar da dayandırılırdı. Daxiliyyə Nazirliyinin 1954-cü il 3 oktyabr tarixli rəsmi sənədində bağlandığı qeyd edilmiş mətbu orqanlar arasında "Əs-Səqafət Əl Hadisə"nin də adı var idi. Bağdadda "Dar-ül-Marifə" mətbəəsində çap edilmiş dərginin ilk sayı 58, ikinci sayı 68 səhifəlik olub, 22x16,5 sm. ölçüsündə idi. Dərginin son sayı rəngli çap olunub.
Beqqer dərgili
Dərgil
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Ustad dərgisi
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.

Digər lüğətlərdə