Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. == Ümumi məlumat == Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. == Məzmunu == Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. == Rollarda == Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko == Xarici keçidlər == «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında."«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Dikaya diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Dinara Aidarova
Dinara Aidarova (d. 29 iyul 1963) — Azərbaycanı təmsil edən voleybolçu. Dinara Aidarova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Dinara Aidarova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Dinara Alimbekova
Dinara Talqatovna Alimbekova (doğulub. 5 yanvar 1996, Abay, Karaqanda vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarının çempionu (estafet). Belarus milli komandasının heyətində Dünya Kubokunun iştirakçısı, yeniyetmələr arasında dünya çempionu, 2019 Avropa çempionatının bürünc mükafatçısı (qarışıq esafetdə). Belarus Respublikasının əməkdar idman ustası. == Bioqrafiyası == Atası milliyətçə qazax, anası isə belarusdur. Dinara üç yaşında olanda ailəsi Belarusiyaya köçüb. 2008-ci ildən Çausı şəhərinin Uşaq İdman Məktəbində xizəksürmə, daha sonra biatlonla məşğul olmağa başlamışdır. Uşaqlıq məşqçisi - Maria İvanovna Şipikova idi. Yeniyetməlik dövründən bu günə qədər fərdi məşqçisi - Andrey Oleqoviç İvanovdur.
Məhəmməd Diarra
Məhəmməd Lamine Diarra, əslən Qvineyalı olan və Qazaxıstan futbol çempionatında mübarizə aparan Taraz klubunun müdafiəçisi olan peşəkar futbolçu.
Çikara Fucimoto
Çikara Fucimoto (d. 31 oktyabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Çikara Haşimoto
Çikara Haşimoto (20 oktyabr 1933, Hokkaydo, Hokkaydo prefekturası – 11 oktyabr 2017) — Riki Haşimoto adı ilə tanınan yapon aktyor və beysbol oyunçusu. Haşimoto 1950-ci illərdə Mainichi Orionları komandasında beysbol oynuyurdu. Zədə səbəbi ilə 1958-ci ildə karyerasını bitirmək məcburiyyətində qaldı. Bundan sonra Deiei studiyasına qoşularaq aktyorluğa başladı. Aktyor olaraq 1960-cı illərdə Daimajin rolu ilə filmlərdə oynamağa başladı. 1972-ci ildə döyüş sənəti ustası, aktyor Brüs Li ilə bərabər rol aldığı "Fist of Fury" filmində Hiroşi Suzuki rolu ilə tanındı. Keçmiş yapon beysbol oyunçusu və aktyor Çikara Haşimoto 11 oktyabr 2017-ci ildə 83 yaşında vəfat etdi.
Sevi-Sorru-Çinarka
Sevi-Sorru-Çinarka (kors. Sevi-Sorru-Cinarca) — Cənubi Korsika departamentinin, Korsika reionunun 11 kantonlarından biri. INSEE kanton kodu - 2A10. Kanton Ayaçço rayonunda yerləşir . Kanton 2015-ci ildə yaradıldı. Sevi-Sorru-Çınarka, departamentin ən böyük sahəsi olan, lakin ən az məskunlaşmış kantonudur. == Tarixi == 17 may 2013 tarixli qanuna və 14 fevral 2014 tarixli qərarına görə, Cənubi Korsika departamentində kantonların sayı 22-dən 11-ə endirildi. 2015-ci il seçkilərində bölmələrin kantonlara yeni bölgə bölgüsü qüvvəyə girdi. Beləliklə, Sevi-Sorru-Çınarkanın kantonu 2015-ci il martın 22-də formalaşmışdır. De-Sevi (9 kommun), Kruzini-Çınarka (13 kommun) və De-Sorru (11 kommun).
Nikara qala kompleksi
Никарa (çeç. Никара) — Çeçenistan Respublikasının orta əsr memarlığının ən yaxşı qorunan abidələrindən biri, qədim qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XII əsrə aid edilir. == Coğrafiyası == Kompleks Çeçenistan Respublikasının cənub-qərbində,Qalançoj rayonunun dağlıq ərazisində keçmiş Nikaro kəndində yerləşir. Qala üç tərəfdən dağ silsilələri ilə əhatələnmiş Nikar-exk çayının iki qolunun qovşağında dar, əlçatmaz qayalı silsilədə ucaldılmışdır. Qala kompleksi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. == Tarixi == Qala memarlığı Çeçenistanın dağlıq bölgələrində ən yüksək inkişafa çatdı. Bu, xüsusilə orta əsrlər memarlığının zirvəsi olan müdafiə qalalarının memarlığında özünü büruzə verirdi. Nikara ayrıca XIV əsrə aid ayrı bir qala kompleksidir. Terloyev dərəsinin yüksək dağlıq bölgəsində yerləşir.
Obite N'Dikka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. == Klub karyerası == === Oser === Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. === Ayntraxt Frankfurt === 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Obite Fransada anadan olmuşdur.