Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Disforiya
Disforiya — əhval-ruhiyyənin acıqlı, kədərli, hər şeydən narazı halda enməsidir. Belə vəziyyət keçirən xəstə olduqca tez əsəbləşir, ən cüzi səbəbdən özündən çıxaraq ətrafdakıları təhqir edir, gərginlik yarada bilir. Onların qəfləti aqressiv hərəkətlətinin qarşısını almaq məqsədilə lazımı tədbirlər görülməli, ilk növbədə xəstəxana şəraitində tibbi nəzarət təşkil olunmalıdır. Disforiya halı epilepsiya zamanı, kəllə travması keçirmiş alkoqoliklərdə və bir sıra başqa xəstəliklərdə təsadüf edilir.
Dicoria
Dicoria (lat. Dicoria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.