Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. Boşboğaz (film, 1978) / rus.