Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milorad Dodik
Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959, Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü. Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub. MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur. Dodik Banya Lukada anadan olub.
Doyduk
Doyduk — Nevşəhər ilinin Kozaklı ilçəsində kənd. == Tarixi == Kənd 1907-ci ildən Doyduk adlanır. Nevşəhərdən 91 km, Kozaklıdan 10 km aralıda yerləşir.
Donduk Kuular
Donduk Kuular (tıva Куулар Дондук; 1888 – 1932) — Tıva dövlət və siyasət xadimi, Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin sədri. Tannı-Tıvanın 6-cı Baş naziri. Kuular Tıva bank sisteminin yaradıcılarından biri olub. == Həyatı == Şemi ərazisindən olan (indiki Tıvanın Dzun-Xemçik kojuunun Şemi kəndi) zəngin aratın oğlu idi. Urqadakı Buddist monastırında və Üstü Xuredə təhsil almışdır. (geşe elmi dərəcəsinə sahib idi, Yuxarı Çadanski xurasının aparıcı lamalarından biri idi). Yeni yaranan Tıva ziyalılarının orta rəhbərliyənə aid idi, ideyalarında köhnə mədəniyyət təcrübəsi ilə yeni zaman meyllərini birləşdirməyə çalışdı. == Müstəqil Tıva dövründə == 14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir.
Endi Roddik
Endi Roddik (ing. Andy Roddick; 30 avqust, 1982, Omaha, Nebraska, ABŞ) — 2003-cü ildə dünya 1 nömrəsi olan ABŞ-lı peşəkar tennis oyunçusu, Ancaq indi dünya 8 nömrəsidir. Ən sürətli servis atma rekordunu əlində tutan Roddik bir matçında 155 mph (yəni 249.4 km/s) sürətlə servis ataraq bu rekordu qırmışdır. == İlk illəri və ailəsi == Endi Roddik Omaha Nebraskada doğulmuşdur. Anasının adı Blanke atasının adı isə Cimdir. Roddikin atası iqtisadçı, anası isə məktəb müəllimidir. Roddikin qardaşları olan Lourens və Con, Roddik kimi tennis oyunçusudurlar. Roddik, 2002-ci ildə müğənni Mendi Moreylə eşq yaşamış; ancaq Roddik, 2004-cü ilin Mart ayında əlaqəni bitirmişdir. Daha sonra Roddik vebsəhifəsində Broklin Deker ilə evlənəcəyini elan etdi və 17 aprel 2009-cu ildə evləndilər. == Böyük dəbilqə serialı tennis turnirlərindəki finalları == == Çempionluq == 2003-cü ildə ilin son böyük dəbilqə serialı turniri olan US Open finalında Karlos Ferreronu 3 setdə məğlub edərək çempion olmuşdur.
Killıa Zoldik
Dorik order
Dorik order Qədim Yunanıstan və ondan sonrakı Qədim Roma memarlığının üç orderindən biri idi. Sütunların üstündəki sadə dairəvi başlıqlar sayəsində Dorik order asanlıqla tanınır. Bəzən mürəkkəb detallara malik olsa da, ən erkən və mahiyyət etibarilə ən sadə orderdir.
Euseius dowdi
Euseius dowdi (lat. Euseius dowdi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Dimdik-bazu əzələsi
Dimdik-bazu əzələsi — Yuxarı ətraf əzələsi.
Donduk Qadınlar Universiteti
Dongduk Qadın Universiteti(Kor: 동덕여자대학교, ing: Dongduk Women's University)—Cənubi Koreyanın Seul şəhərində Koreyanın müstəqilliyi uğrunda mübarizə fəalı Cho Dong-Shik tərəfindən qurulmuş özəl bir universitetdir.Dongduk Qadın Universiteti (DQU) 1950-ci ildə qurulan Dongduk Qızlar Məktəbinin əsasında yaradılıb. == Yaranma tarixi == Dongduk Qadınlar Universiteti 1950-ci ildə dörd illik tədris ocağı kimi Dongduk Qızlar Məktəbinin (동덕 여자 대학) əsasında qurulmuşdur. 1967-ci ildə indiki ünvana köçmüşdür. Kollec 1980-ci ildə doktorantura açmaq üçün icazə almış və 1987-ci ildə bir universitet statusu qazanmışıdr. Universitetin mövcud statusu 2003-cü ildə aparılan struktur dəyişikliyi və akademik heyət seçimi nəticəsində formalaşmışdır. === Strukturu === DQU səkkiz kollec, altı bölmə, 18 ixtisas, 16 ixtisas mərkəzi və yeddi aspirantura məktəbindən ibarətdir. Təxminən 7500 tələbə və 350 müəllim heyətinə malikdir. DQU dünyanın ondan artıq ölkəsinin 23 universiteti ilə beynəlxalq mübadilə müqavilələri bağlamışdır. DQU xaricdə təhsil proqramları təklif edir. Hər il tələbə və təcrübə mübadiləsi aparan səkkiz ölkənin 19 universiteti ilə beynəlxalq mübadilə proqramları həyata keçirir.
Albert Sent-Dördi
Albert Sent-Cörci (mac. Nagyrápolti Szent-Györgyi Albert) September 16, 1893 – October 22, 1986) Amerikalı macar fizioloq, 1937-ci ildə tibb üzrə Nobel mükafatı olub, C vitamininin kəşfinə görə tanınır.