Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d]) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Google Doodle
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibəti ilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qadının döşünün və ya toraksının arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qadının döşləri arasına yerləşdirilir və itələnməyə başlanılır. Bundan əlavə, qadın da öz növbəsində döşlərini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Döşlə münasibət kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə məmə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
Double Fantasy (albom)
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub.Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
Dotəpə-i Ülya (Xudabəndə)
Dotəpə-i Ülya (fars. دوتپه عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (54 ailə).
Makome M'Bovole işi
Makome M'Bovole işi — Fransada müfəttiş Paskal Kompen tərəfindən başından odlu silah ilə vurulan Makome M'Bovolenin ölümündən sonra başladılan məhkəmə işi. Hadisə 6 aprel 1993-cü ilda Parisin XVIII arondismanında yerləşən Qran-Karyer polis idarəsində baş vermişdir. Polis şübhəlini qorxutmaq istədiyi zaman silahının maqazininin boş olduğunu düşünərək təsadüfən atəş açdığını bildirmişdir. Makomé M'Bovoleni qəsdən öldürməkdə günahlandırılan 38 yaşlı müfəttiş Paskal Kompen 15 fevral 1996-cı ildə Paris Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəsdən zorakılıq və ölüm ilə nəticələnən zorakılığa görə 8 il həbs cəzasına məhkum edilmişdir. Bu iş qəzetlərdə manşetlərə çevrilmişdir, çünki o zaman iştirak edən şahidlər boşaldılmış odlu silah və ya ov tüfəngindən istifadə edərək şübləliləri qorxutmağı adət etdiklərini etiraf etmişdilər. Hadisələr "Amnesty International" təşkilatının hesabatında qeyd edilmişdir. Məhkəmə işi həmçinin, üç günlük iğtişaşlara, o cümlədən Parisin mərkəzində kütləvi talanlara, etirazçı dəstələr ilə polis arasında toqquşmalara səbəb olmuşdur.
Kabildə hotelə hücum (2018)
Kabildə otelə hücum — Kabildəki Qitələrarası Otel Kabilə edilən silahlı hücum. Hücum 4 və ya 5 silahlı qrup tərəfindən törədilib. Hücum oteldə 12 saatlıq döyüşə səbəb olub. == Arxa plan == Kabil NATO tərəfindən dəstəklənən Əfqan hökuməti tərəfindən tutulur, ancaq həm Taliban, həmdə İslam Dövləti əvvəlki aylarda paytaxta canlı bomba ilə hücum etmişdilər. == Hücum == 20 yanvar, 2018-ci ildə çox sayda xəbər mənbəyi bildirmişdir ki, yerli vaxtla saat 21:00-dək yüngül silah və raket ilə silahlanmış bir sıra silahlılar Kabildəki Qitələrarası otelə atəş açaraq girov götürmüşdülər. Hesabatlardan bəziləri otelin qonaqlarının çarşafları bir-birinə bağlayaraq, binanın yuxarı mərtəbələrindən çıxaraq, silahlı adamlardan qaçmağa çalışdığını irəli sürdülər. Əfqan xüsusi qüvvələri hücumçuları neytrallaşdırmaq cəhdi ilə otelin damına vertolyot endirdi. Daha sonra məlumat verildi ki, Əfqanıstan Silahlı Qüvvələrindən olan Norveçli xüsusi qüvvələrdən ibarət olan Marinejegerkommandoen əsgərləri hücuma cavab verdilər və oteldə silahlı adamlarla atışma aparıblar. Bu 2011-ci ildən bəri bu otelə ikinci hücumdur. Əfqan rəsmiləri, hücumun 21 yanvarın səhər saatlarından etibarən başa çatdığını, 4 hücumçunun və ən az 18 adamın öldüyünü deyirlər.
Kabildə otelə hücum (2018)
Kabildə otelə hücum — Kabildəki Qitələrarası Otel Kabilə edilən silahlı hücum. Hücum 4 və ya 5 silahlı qrup tərəfindən törədilib. Hücum oteldə 12 saatlıq döyüşə səbəb olub. == Arxa plan == Kabil NATO tərəfindən dəstəklənən Əfqan hökuməti tərəfindən tutulur, ancaq həm Taliban, həmdə İslam Dövləti əvvəlki aylarda paytaxta canlı bomba ilə hücum etmişdilər. == Hücum == 20 yanvar, 2018-ci ildə çox sayda xəbər mənbəyi bildirmişdir ki, yerli vaxtla saat 21:00-dək yüngül silah və raket ilə silahlanmış bir sıra silahlılar Kabildəki Qitələrarası otelə atəş açaraq girov götürmüşdülər. Hesabatlardan bəziləri otelin qonaqlarının çarşafları bir-birinə bağlayaraq, binanın yuxarı mərtəbələrindən çıxaraq, silahlı adamlardan qaçmağa çalışdığını irəli sürdülər. Əfqan xüsusi qüvvələri hücumçuları neytrallaşdırmaq cəhdi ilə otelin damına vertolyot endirdi. Daha sonra məlumat verildi ki, Əfqanıstan Silahlı Qüvvələrindən olan Norveçli xüsusi qüvvələrdən ibarət olan Marinejegerkommandoen əsgərləri hücuma cavab verdilər və oteldə silahlı adamlarla atışma aparıblar. Bu 2011-ci ildən bəri bu otelə ikinci hücumdur. Əfqan rəsmiləri, hücumun 21 yanvarın səhər saatlarından etibarən başa çatdığını, 4 hücumçunun və ən az 18 adamın öldüyünü deyirlər.
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. == Haqqında == Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır.