Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dienlər
Dien karbohidrogenləri və ya Alkadienlər - molekulları arasında iki ikiqat rabitəsi olan karbohidrogenlərə deyilir. Formulu: C n H 2 n − 2 {\displaystyle ~C_{n}H_{2n-2}} == Fiziki xassələri == Alkadienlərdən allen və divinil qaz, izopren və digər sadə dienlər isə mayedir. Kumulə olunmuş dien karbohidrogenlərindən allenlərin İQ-şüada valent titrəyişlərinin udma spektri 1950 sm-1-olur. 1,3 alkadienlər üçün tezliyin azalması və valent titrəişlərinin zolaqları intensivliyinin artması (1600 sm-1) müşahidə olunur.
Reyncer
Reyncer (ing. ranger - "qəribə", "Ovçu", "meşəbəyi", "atlı polis" == İdman == Reyncers (klub) — Qlazqo şəhərinin futbol klubu.
Rəncbər
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Tamamilə müflisləşərək, istehsal vasitələri və torpaqdan məhrum olan bu zümrə, varlanmış qonşulara qolçomaqlara öz əməyini satırdılar. Pul və bazar münasibətlərinin inkişafı dövründə rəncbərlərin sayı çoxalmağa başladı. XIX əsrin sonları - XX əsrin əvvəllərində müflisləşməkdə olan rəiyyətin bir hissəsi şəhərlərdə sənaye proletariatına qoşulurdu, bir hissəsi isə kənddə qalaraq rəncbərlik edirdi.
Denver
Denver — ABŞ-də şəhər. Kolorado ştatının inzibati mərkəzi. Saus Plett çayı sahilindədir. 1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüşmüş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar.
Pencər
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Gina Duenser
Gina Duenser — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Gina Duenser 1998-ci ildə anadan olmuşdur. == Karyerası == Gina Duenser 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015-ci ildə Dünya Çempionatında iştirak etmişdir.
Henri Dreyper
Henri Dreyper (7 mart 1837, Prins-Eduard[d], Virciniya – 20 noyabr 1882, Nyu-York, Nyu-York ştatı) — Amerikalı həkim və həvəskar astronom. O, bu gün astrofotoqrafiyanın qabaqcıllarından biri kimi tanınır.
Hermiona Qreyncer
Hermiona Ceyn Qreyncer (ing. Hermione Jean Granger; 19 sentyabr 1979, İngiltərə) — C.K. Roulinq tərəfindən yazılmış Harri Potter ardıcıllığının əsas personajlarından biri. Silsilədəki ilk görünüşü Harri Potter və Fəlsəfə Daşında cadugərlik məktəbinə gələn yeni bir şagird olaraq olmuşdur. İrəliləyən hissələrdə praktik zəkası və ensiklopedik məlumatları ilə Harri Potterin yaxın yoldaşı olmuşdur. Roulinq, Hermionadan daha gənc bir yaşda onun etibarsızlığı ilə ona bənzədiyi və müvəffəqiyyətsizlikdən qorxduğunu ifadə etmişdir == Personaj == Hermiona Ceyn Qreyncer 19 sentyabr 1979-cu ildə doğulmuşdur. Maql doğumludur (ing. Muggle-born). Harri və Ronun ən yaxın dostudur. Qəbul etməsə də Rondan xoşlanmaqdadır. Hoqvarts döyüşündəykən Ron evçinlərini qurtarmaları lazım olduğunu söyləyincə Hermionadan bir öpüş qazanmışdır.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.
Reyncer proqramı
Reyncer proqramı- Amerika Birləşmiş Ştatlarının 1960-cı illərdəki pilotsuz kosmik uçuşlar seriyasından biri idi.Proqramın məqsədi Ayın səthinin iri planla təsvirlərini almaq idi.Reyncer kosmik aparatı zərbə nəticəsində məhv olana qədər ayın səthinin şəkillərini çəkmək və bu şəkillərin Yer Kürəsinə verilməsi üçün nəzərdə tutulmuşdu.İlk 6 uçuş uğursuz olsa da Reyncer 7 1964-cü il İyul ayında çəkdiyi şəkilləri uğurla Yerə göndərə bilmişdi
Rəncbər (Hacıqabul)
Rəncbər — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Rəncbər Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə rəncbər ailələrinin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdı. Rəncbər fars mənşəli söz Club, "muzdla tutulmuş cütcü, əkinçi, sahibkardan şəxsi asılılığı olan kəndli” deməkdir. == Əhalisi == 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3630 nəfər əhali yaşayır. == Əkin sahələri == Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Rəncbər (Zəngibasar)
Şor kolanlı və ya Rəncbər — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir. Kənd Cəfərxan adlı bəyə mənsub olmuş və burada çalışanlar da onun rəncbəri (Rəncbər farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə də Rəşbəri Cəfərxan adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir.
Rəncbər (dəqiqləşdirmə)
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Rəncbər (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Rəncbər (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Rəncbər bələdiyyəsi — Hacıqabul rayonunda bələdiyyə. Rəncbərlər bələdiyyəsi — Ağcabədi rayonunda bələdiyyə.
Rəncbər bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sidney Brenner
Sidney Brenner (13 yanvar 1927[…] – 5 aprel 2019[…], Sinqapur) — Cənubi Afrikalı bioloq. 2002-ci ildə Nobel Fizyologiya və tibb mükafatını H. Robert Horvitz ve Cohn Sulston ilə birlikdə qazanıb. Brenner genetik kod araşdırmaları və digər molekulyar biologiya araştırmalarında vacib əlavələr etmişdir. Nematod olan Caenorhabditis elegans parazitini biologiya araştırmaları üçün model orqanizma olaraq istifadə etmişdir.. Berkeley, Kaliforniya, ABŞ da Molekülyar Elmlər İnistutunu quraraq burda öz işinə davam edir.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Daniel Drezner
Daniel V. Drezner (ing. Daniel W. Drezner; 28 avqust 1968, Sirakuz, Nyu-York ştatı) — ABŞ politoloqu. O, beynəlxalq münasibətlər və beynəlxalq siyasi iqtisadiyyat üzrə şərhləri ilə tanınır. Drezner Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində beynəlxalq siyasət professorudur. O, həmçinin Brukinqs İnstitutunda Beynəlxalq Nizam və Strategiya Layihəsində qeyri-rezident baş elmi işçidir. Drezner eyni zamanda "The Nation"ın elmi fantastikaya siyasət elminin obyektivindən baxan "Space The Nation" podkastının aparıcısıdır. == Seçilmiş əsərləri == Drezner, Daniel W. (2020). The Toddler in Chief: What Donald Trump Teaches Us about the Modern Presidency. Chicago: Chicago University Press. ISBN 9780226714257 Drezner, Daniel W. The Ideas Industry: How Pessimists, Partisans, and Plutocrats are Transforming the Marketplace of Ideas.
Ceremi Renner
Ceremi Renner (ing. Jeremy Lee Renner; 7 yanvar, 1972, Kaliforniya, ABŞ) — Amerika aktyoru. == Həyatı == Ceremi Renner, boulinq salonun idarə edən Valeri və Li Rennerin ilk uşağı, Modesto, Kaliforniyada anadan olubdur.
Denver (Kolorado)
Denver — ABŞ-də şəhər. Kolorado ştatının inzibati mərkəzi. Saus Plett çayı sahilindədir. 1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüşmüş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar.
Denver Naqqets
Denver Naqqets — Kolorado ştatının Denver şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Qərb Konfransında mübarizə aparır. Denver Naqqets qurulduğundan bu yana böyük bir uğur əldə etməmişdir. Ancaq Iversonun gəlməsi komandası gücləndirib 2007 Pleyoffrına qatılmasını təmin etmişdir. Pleyofflarda isə ilk turda San-Antonio Spörs-ə 4–1 məğlub olmuşlar. Denver Naqqetsin ən önəmli oyunçularından biri olan Karmelo Entoni 2006–2007-ci ildə ilk dəfə All-Stara seçilmişdir. 2008 NBA PleyOfflarında Los-Anceles Leykers-ə 4–0 ilə olmuşlar, amma Allen İverson keçən il Çonsi Billaps qarşılığında Detroyta getmişdir. Billapsın komandaya gətirdiyi müdafiə Allen İversondan çox daha böyük uğur qazandırmışdır. (2008–2009) normal mövsümü 2-ciliklə bitirmişdir və Denver o mövsümü Qərb Finalında Los-Anceles Leykers-ə 4–2 məğlub başa vurmuşdur .
Denver Nuggets
Denver Naqqets — Kolorado ştatının Denver şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Qərb Konfransında mübarizə aparır. Denver Naqqets qurulduğundan bu yana böyük bir uğur əldə etməmişdir. Ancaq Iversonun gəlməsi komandası gücləndirib 2007 Pleyoffrına qatılmasını təmin etmişdir. Pleyofflarda isə ilk turda San-Antonio Spörs-ə 4–1 məğlub olmuşlar. Denver Naqqetsin ən önəmli oyunçularından biri olan Karmelo Entoni 2006–2007-ci ildə ilk dəfə All-Stara seçilmişdir. 2008 NBA PleyOfflarında Los-Anceles Leykers-ə 4–0 ilə olmuşlar, amma Allen İverson keçən il Çonsi Billaps qarşılığında Detroyta getmişdir. Billapsın komandaya gətirdiyi müdafiə Allen İversondan çox daha böyük uğur qazandırmışdır. (2008–2009) normal mövsümü 2-ciliklə bitirmişdir və Denver o mövsümü Qərb Finalında Los-Anceles Leykers-ə 4–2 məğlub başa vurmuşdur .