RENDER

render1

n 1. ödəniş, ödəmə; payments in money and ~s in kind pulla və natura ilə ödəmə / ödəniş; 2. tik. suvağın birinci qatı

render2

v 1. ödəmək, haqqını ödəmək; to ~ a tribute bac / xərac vermək; 2. cavab vermək; to ~ a blow for blow zərbəyə zərbə ilə cavab vermək; to ~ good for evil şərə xeyirlə / yamanlığa yaxşılıqla cavab vermək; 3. təqdim etmək; to ~ an account to smh. bir kəsə hesabat vermək; 4. qurban vermək; to ~ one’s life for one’s country həyatını vətəninə qurban vermək; 5. göstərmək (kömək, xidmət və s.); to ~ help / service kömək / xidmət göstərmək; 6. yetirmək (diqqət və s.); to ~ attention diqqət yetirmək; 7. ifa etmək (əsəri və s.); The piano solo was well rendered Solo pianoda yaxşı ifa edildi; 8. tərcümə etmək; to ~ an English words into Azerbaijani Turkish ingilis sözlərini Azərbaycan dilinə tərcümə etmək; The document was rendered into several languages Sənəd bir neçə dilə tərcümə edildi; 9. çıxarmaq, çıxartmaq (qərar və s.); to ~ a decision qərar çıxartmaq; 10. tik. suvamaq, suvaq vurmaq / çəkmək

REND
RENDERING
OBASTAN VİKİ
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.

Digər lüğətlərdə