Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
EPANET
EPANET , Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA), Su Təchizatı və Su Resursları Şöbəsi tərəfindən hazırlanan, pulsuz , su paylama sistemini modelləşdirmə proqram paketidir. Təzyiqli boru şəbəkələrində hidravlik və su keyfiyyəti davranışlarının uzun müddət simulyasiyasını həyata keçirir. "Dağıtım sistemləri içərisində içməli su tərkibindəki hissələrin hərəkəti və taleyi haqqında anlayışımızı yaxşılaşdıran bir araşdırma vasitəsi" olaraq hazırlanmışdır. EPANET ilk dəfə 1993 -cü ildə ortaya çıxdı. EPANET 2 həm müstəqil bir proqram olaraq, həm də açıq mənbəli alət dəsti olaraq mövcuddur ( C-də yazılmış arayüzü vardır ). Hesablama mühərriki daha güclü, özəl paketlər hazırlayan, daha çox GIS mərkəzli, bir çox proqram şirkəti tərəfindən istifadə olunur. Şəbəkə topologiyası, su istehlakı və nəzarət qaydalarını təmsil edən EPANET ".inp" giriş fayl formatı bir çox pulsuz və kommersiya modelləşdirmə paketləri tərəfindən dəstəklənir. Buna görə də, şübhəsiz ki, sənaye standartı hesab olunur. == Özəllikləri == EPANET, şəbəkə giriş məlumatlarını düzəltmək, hidravlik və su keyfiyyəti simulyasiyalarını işlətmək və nəticələri müxtəlif formatlarda görmək üçün inteqrasiya olunmuş bir mühit təmin edir. EPANET, istənilən ölçülü sistemləri idarə edə biləcək tam təchiz olunmuş və uzun müddət hidravlik analiz təmin edir.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. == Yayılma arealı == İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr == İstinadlar == == Xarici keçidlər == İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
Panda
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Parça
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Anthemis repanda
Lepidophorum (lat. Lepidophorum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lepidophorum repandum (L.) DC. Sinonim Anthemis grisleyi Samp. Anthemis repanda L. Chamaemelum grisleyi (Samp.) Vasc. Lepidophorum grisleyi (Samp.) Samp.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Elayca Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981, Sidar-Rapids[d], Ayova) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Evanna Linç
Evanna Patrisiya Linç (ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; 16 avqust 1991) — irland aktrisa. == Həyatı == O, 1991-ci ildə Linç ailəsində anadan olmuşdur == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Monieza expansa
Monieza expansa (lat. Moniezia expansa)-Yastı qurdlar tipinə aid olan sinif. == Xarici quruluşu == Yastı Lentşəkilli qurddur. Bədəninin uzunluğu 1 m–dən 5 metrə qədər eni isə 16 – 20 mm qədər olur. Bədən buğumlarından təşkil olunmuşdur, buğumlaşma baş hissədən (skoleksdə) 3,5 – 3,6 mm sonra başlayır, hər bir buğum özundən sonra gələn buğum üçün cavan buğum hesab olunur. Hermofredit buğumlarda mayalanır sonra yetgin buğmalara kecir, yetgin buğumlarda bütün üzüvlər itir, yalnız balalıq qalır, balalıq isə yumurta ilə dolu olur. Sonuncu budumlar bədəndən qoparaq nəcislə xaricə ifraz olunur, gün ərzində yolxmuş heyvan 10 – 15 buğum ifraz edə bilər ki, bu da 30 – 40 min yumurta ifraz deməkdir. Xarici mühütə düşmüş yumurtalar aralıq sahibləri tərəfindən (oribatid gənələri tərəfindən ) udularaq yolxurlar. Sestodun xarakterik əlamətlərindən biri bugumlar arasında 1 – dən 18 kimi fincan şəkilli vəzlər olur, onların ölcüləri 0,03–0,05 mm–dır. Növün xarakterik əlamlərindən biridə erkək və dişi üzvülərinin biri fərd daxilində olmasıdır (buna hermofrodit buğumları deyilir) == Yayılması == Dünyada 12, Qafqazda 9, Azərbaycanda 3 növlə təmsil olunmuşdur.
Psychotria expansa
Psychotria expansa (lat. Psychotria expansa) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Sapanca gölü
Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl. Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.
Taxus expansa
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Vrança (judets)
Vrança judetsi (rum. Judeţul Vrancea) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4857 km². Şərqdə — Vasluy və Qalats, qərbdə — Kovasna, Bakeu, cənubda — Buzeu və cənub-şərqdə — Breila judetsləri ilə sərhəddir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı 323 080 nəfər, sıxlığı — 66,52 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 3 şəhər və 68 kommuna daxildir.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
ASP (tapança)
ASP — Paris Teodor tərəfindən 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər ABŞ məxfi agentləri üçün nəzərdə tutulmuş yığcam tapança. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər Dizayn Smith & Wesson Model 39 tapançasına əsaslanır. == Tarixi == ASP tapançası ABŞ məxfi agentlərini qəfil çıxarmaq və istifadə etmək üçün əlverişli olan yığcam və güclü tapança ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. "Smith & Wesson Model 39" tapançası əsas götürülmüşdü, burada lülə və boltun qısaldıldığı, həmçinin sapın və tətik qoruyucunun forması. 1983-cü ildə "Armament Systems & Procedures" təxminən 250 ASP tapançasından ibarət bir partiya istehsal etmişdi. Bundan sonra silah daha istehsal olunmamışdır.
Populus repanda
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Banksia epica
Banksia epica (lat. Banksia epica) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Böyük panda
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.